Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Rusiya Türkiyənin Ukrayna danışıqları üçün platforma təklifini yüksək qiymətləndirir - Zaxarova

    28 Noyabr 2025 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rusiya Türkiyənin Ukrayna danışıqları üçün platforma təklifini yüksək qiymətləndirir - Zaxarova
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Rusiya Türkiyənin Moskva və Kiyev arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olmasına minnətdardır, lakin Kiyev bu formatdan imtina edir. AzerVoice xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova noyabrın 27-də keçirdiyi brifinqdə bildirib.

    Zaxarova xatırladıb ki, Moskva İstanbul formatından heç vaxt imtina etməyib. Onun sözlərinə görə, danışıqların dondurulması qərarı Kiyevə məxsusdur. “Onlar iyuldan bəri bizdən gələn təkliflərə, o cümlədən siyasi, hərbi və humanitar məsələlər üzrə üç işçi qrupunun yaradılması ideyasına cavab verməyiblər”, - deyə diplomat vurğulayıb.

    Brifinqdə o da bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son telefon danışığında Rusiya Prezidenti Vladimir Putinə Ankaranın Ukrayna üzrə vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bildirib.

    Zaxarovanın sözlərinə görə, Vaşinqtonun Ukrayna üzrə təklif etdiyi “sülh planı” ətrafındakı qeyri-rəsmi məlumatlar və sızmalar siyasi-diplomatik prosesləri pozmaq məqsədi daşıyır. “Müstəqil mənbələrə istinad edən bu cür ‘qəsdən yayılan dezinformasiyalar’ məhz planlaşdırılan danışıqları əngəlləməyə yönəlib”, - deyə o bildirib.

    Diplomat əlavə edib ki, ABŞ planının müzakirəsi ilə bağlı konkret diplomatik tədbirlər planlaşdırıldıqda Moskva bunu rəsmi olaraq açıqlayacaq.

    Zaxarova NATO-nun Ukrayna üzrə istənilən sülh təşəbbüsünə kəskin reaksiya verdiyini deyib. Onun sözlərinə görə, NATO rəhbərliyi danışıqlar prosesini “torpedomalaşdırmağa” davam edir:
    “Onların ritorikası göstərir ki, siyasi-diplomatik həll variantları informasiya mühitində dərhal hücumla üzləşir.” - Zaxarova deyib.

    O, NATO-nun Rusiyanı uzunmüddətli təhdid kimi təqdim etməsinin məqsədinin Avropadakı genişmiqyaslı hərbi xərcləri əsaslandırmaq olduğunu vurğulayıb. “Rusiyaya aid olmayan ‘aqressiv niyyətlər’ bizə dəfələrlə aid edilib, lakin bunların heç biri reallığa uyğun deyil”, - deyə o əlavə edib.

    Zaxarova Avropa Komissiyasının “hərbi qüvvələrin sürətli hərəkət” sistemi yaratmaq qərarını NATO-nun Rusiya sərhədlərinə qoşun və ağır texnika dislokasiyasını sürətləndirmək cəhdi kimi qiymətləndirib. Onun sözlərinə görə, Moskva bu prosesləri diqqətlə izləyir və müdafiə planlamasında nəzərə alır.

    Diplomat vurğulayıb ki, “hərbi Şengen” konsepsiyası Avropa İttifaqının miqyası genişlənmiş hərbi infrastruktur yaratmaq niyyətini göstərir.

    Zaxarova qeyd edib ki, bir çox Avropa ölkələrinin siyasi rəhbərliyi “antirusiya kursunu” davam etdirir və bu xəttin dəyişəcəyinə dair heç bir əlamət görünmür. Onun sözlərinə görə, bu mövqe daxili siyasi və iqtisadi problemlərdən diqqəti yayındırmaq məqsədi daşıyır.

    Diplomat əlavə edib ki, Aİ ölkələri Ukraynaya silah tədarükünü genişləndirməklə öz əhalisinin maraqlarına zidd addımlar atır və bu siyasət danışıqların bərpasını mümkünsüz edir.

    Zaxarova Yaponiya Baş naziri Sanae Takaichinin Tokyo-nun üç qeyri-yadrov(nüvə silahından imtina prinsipi) prinsipinin yenidən nəzərdən keçirilə biləcəyi barədə bəyanatını “provokasiya” adlandırıb. Onun sözlərinə görə, belə açıqlamalar Asiya-Sakit okean regionunda gərginliyi artırır və Yaponiyanın uzun illər qeyri-yadrov mövqeyinə ziddir.

    Diplomat qeyd edib ki, bu məsələ Hirosima və Naqasaki sakinləri arasında ciddi narahatlıq yaradıb.

    #Zaxarova: Rusiya Türkiyənin Ukrayna danışıqları təşəbbüsünü yüksək qiymətləndirir #Moskva: Kiyev İstanbul formatından imtina edib #Rusiya ABŞ-ın Ukrayna planı ilə bağlı sızmaları siyasi təzyiq adlandırdı #Zaxarova: NATO sülh təşəbbüslərinə kəskin reaksiya verir #Rusiya Aİ və NATO-nun hərbi hazırlıqlarını izləyir #Yaponiya hökumətinin nüvə prinsipləri bəyanatı Moskvada narahatlıq yaradıb #Zaxarova: Avropa antirusiya kursundan geri dönmür #Moskva: Aİ ölkələri danışıqları əngəlləməyə çalışır #Rusiya və Türkiyə Ukrayna üzrə diplomatik səyləri müzakirə edib #Rusiya NATO-nu danışıqları torpedomalamaqda ittiham edir #Aİ-nin hərbi Şengen planı Moskvanın reaksiyasına səbəb oldu #Tokioya xəbərdarlıq: Rusiya nüvə prinsiplərinin dəyişdirilməsinə qarşıdır #Rusiya Kiyevin danışıqlardan imtina etdiyini bəyan etdi #Türkiyənin Ukrayna üzrə vasitəçilik səylərinə Moskvanın reaksiyası #ABŞ-ın Ukrayna planı haqqında sızmalar nəyi dəyişəcək?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    21 İyul 2026 22:48

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    21 İyul 2026 22:30

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    21 İyul 2026 22:23

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    21 İyul 2026 22:16

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    21 İyul 2026 21:59

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    21 İyul 2026 21:52

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    21 İyul 2026 21:02

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    21 İyul 2026 20:31

    Türkiyə-Rusiya görüşü - Ərdoğan Putinlə ilə sülh səylərini müzakirə etdi

    13 Dekabr 2025 15:03

    Ukraynada müharibəni sona çatdırmaq üçün hələ görüləcək işlər var - Rubio

    1 Dekabr 2025 11:22
    XƏBƏR LENTİ

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.