#Rusiya ABŞ-ın Ukrayna planı ilə bağlı sızmaları siyasi təzyiq adlandırdı

ABŞ Dövlət Katibi Marko Rubio Ukraynada münaqişənin sona çatdırılması üçün hazırlanan sülh planı ilə bağlı mühüm irəliləyiş əldə edildiyini, lakin hələ görüləcək işlərin çox olduğunu bildirib. Rubio, Florida ştatında Ukrayna heyəti ilə görüşərək Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni bitirmək məqsədilə hazırlanan sülh planı üzrə danışıqlar aparıb. Görüşdən sonra Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla mətbuat konfransında danışan Rubio, verimli bir müzakirə keçirdiklərini qeyd edib.