Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Netanyahu müharibə qəhrəmanıdır - Tramp

    20 Avqust 2025 10:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Netanyahu müharibə qəhrəmanıdır - Tramp
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    ABŞ Prezidenti Donald Tramp, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarı çıxardığı İsrailin baş naziri Benyamin Netanyahunu “müharibə qəhrəmanı” adlandırıb.

    AzerVoice xəbər verir ki, Tramp radio aparıcısı Mark Levinlə müsahibəsində Netanyahunun Qəzzadakı hərbi əməliyyatlara görə məsuliyyət daşımasına baxmayaraq, onu müdafiə edib.
    “O, yaxşı insandır, döyüşür. Birlikdə işlədiyim üçün müharibə qəhrəmanıdır. Mən də eləyəm, düşünürəm”.- deyə bildirib.

    Tramp BCM-nin Netanyahuya qarşı həbs qərarına, yoxsa İsraildəki korrupsiya işinə istinad etdiyini dəqiqləşdirməyib.

    O, həmçinin İranın nüvə obyektlərinə qarşı ABŞ hücumlarının “uğurlu” olduğunu da vurğulayıb.

    Qeyd edək ki, BCM 2024-cü il 21 noyabr tarixində Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant barəsində Qəzzada törədilən hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbs orderi çıxarıb. Netanyahu ölkəsində 2019-cu ildən bəri davam edən korrupsiya ittihamları ilə də mühakimə olunur. Tramp isə bu məhkəmələrin ləğvini tələb edib.

    Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 62 064 fələstinli ölüb, 156 573 nəfər yaralanıb.

    #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #ABŞ #Donald Tramp #Beynəlxalq Cinayət Məhkəməsi #Yoav Gallant #Qəzza münaqişəsi #İsrail və Qəzza münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    2 Sentyabr 2026 20:58

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    2 Sentyabr 2026 19:56

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    2 Sentyabr 2026 19:33

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    2 Sentyabr 2026 19:07

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    2 Sentyabr 2026 18:41

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    2 Sentyabr 2026 18:38

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    2 Sentyabr 2026 18:35

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    2 Sentyabr 2026 18:29

    Körfəz Əməkdaşlıq Şurası İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    2 Sentyabr 2026 18:23
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.