Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    HƏMAS İsrailin işğal planına sərt cavab verib

    8 Avqust 2025 10:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    HƏMAS İsrailin işğal planına sərt cavab verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, Azervoice, Nərmin Ağayeva

    HƏMAS, İsrailin Qəzzaya hücumları genişləndirmək qərarını danışıqlar prosesinə zərbə kimi qiymətləndirib.

    Azervoice xəbər verir ki, HƏMAS bəyanatında Baş nazir Benyamin Netanyahunun Qəzza planının soyqırım və məcburi köçkünlük siyasətinin davamı olduğunu bildirib.

    Təşkilat Netanyahunun israilli məhbusları şəxsi maraqları və ifrat ideoloji gündəmi üçün qurban verdiyini vurğulayıb. HƏMAS həmçinin Qəzza xalqının işğala və qəyyumluq yaratmaq cəhdlərinə müqavimət göstərəcəyini, hücumların isə İsrail ordusuna baha başa gələcəyini bəyan edib.

    Xatırladaq ki, İsrail Təhlükəsizlik Kabineti baş nazir Netanyahunun Qəzza şəhərini işğal etmək planını təsdiqləyib. Yerli mənbələr ordunun yalnız Qəzza şəhərinə yönələn hücum planı hazırladığını, burada bütün mülki əhalinin oktyabrın 7-nə qədər zorla köçürüləcəyini bildirir. Hücumdan sonra şəhərdə qalan HƏMAS üzvlərinə qarşı qurudan əməliyyat aparılacaq və şəhər tam mühasirəyə alınacaq. Rəsmi sənədlərdə “işğal” ifadəsi əvəzinə “nəzarət” sözünün seçilməsi beynəlxalq hüquqi məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirilir.

    Qeyd edək ki, Netanyahu Nazirlər Kabinetinin iclasından əvvəl Fox News-a açıqlamasında “Qəzzanın hamısını nəzarətə götürməyi hədəfləyirik” deyib.

    #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #HƏMAS #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #İsrail və Fələstin münaqişəsi 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    26 Avqust 2026 21:42

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    26 Avqust 2026 21:38

    Böyük Britaniya İsrailin Qələndiyadakı addımını qəbuledilməz adlandırıb

    26 Avqust 2026 20:21

    ABŞ senatorları Netanyahunu İordan çayının qərb sahilində zorakılığı dayandırmağa çağırıblar

    26 Avqust 2026 20:07

    İsrail qüvvələri Livanın cənubuna yeni hücumlar həyata keçirib

    26 Avqust 2026 18:26

    İsrail İordan çayının qərb sahilində yaşayış məntəqələrini genişləndirəcək - Netanyahu

    26 Avqust 2026 18:22

    Beynəlxalq Cinayət Məhkəməsinin sədri ABŞ-nin təzyiqlərinə cavab verib

    26 Avqust 2026 18:19

    İrandakı "vəhşilərlə" diplomatik razılaşmaya nail olmaq mümkün deyil - Netanyahu

    26 Avqust 2026 17:53

    Qətər İsrailin BMT agentliyinin obyektinə basqınını pisləyib

    26 Avqust 2026 12:42

    Qəzzada kağız çərpələnglər gərginlik mövzusuna çevrildi

    26 Avqust 2026 11:02

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    25 Avqust 2026 22:31

    İsrailli deputatın Fələstin memorialını dağıtması İsraildə qalmaqala səbəb oldu

    25 Avqust 2026 21:03
    XƏBƏR LENTİ

    Qətərin Baş naziri gərginliyin azaldılması üçün Tehrana səfər edəcək

    Körfəz ölkələri İranla müharibənin uzanacağını düşünür

    Anthropic hesablama gücü üçün 45 milyard dollar xərcləyəcək

    Səmərqənd və Buxaranın xəzinələri Qətərdə nümayiş oluancaq

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    Şarja və Cənubi Koreya işgüzar qadınları Seulda əməkdaşlıq sazişi imzalayıb

    Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib

    “Apple” yeni “iPhone” təqdimatının tarixini açıqlayıb

    ABŞ “Fələstin Fəaliyyəti” qərarı ilə tənqidçiləri susdurmağa çalışır - BMT

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.