Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Makron Pezeşkianla İranda saxlanılan Fransa vətəndaşlarının taleyini müzakirə edəcək

    3 İyul 2025 21:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Makron Pezeşkianla İranda saxlanılan Fransa vətəndaşlarının taleyini müzakirə edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Fransa prezidenti Emmanuel Makron, İran Prezidenti Məsud Pezeşkianla İran həbsxanasında cəza çəkən iki Fransız vətəndaşına qarşı İsrailin xeyrinə casusluq ittihamı irəli sürülməsi məsələsini müzakirə etməyi planlaşdırır.

    AzerVoice xəbər verir ki, bu barədə Makronun verdiyi açıqlamada deyilir.

    "Prezident Məsud Pezeşkiana zəng edəcəyəm və bu işi yenidən qiymətləndirməsini xahiş edəcəyəm" - deyə, Makron bildirib.

    O, İran Prezidenti ilə iki dəfə telefonla danışdığını və bu danışıqlarda İranın nüvə proqramı və digər məsələlər, o cümlədən İranda həbsdə olan iki Fransa vətəndaşının taleyi barədə müzakirələr apardığını bildirib. Makron, İran məhkəmə orqanlarının bu şəxslərə qarşı İsrailin xeyrinə casusluq ittihamı irəli sürməsini "Fransa üçün provokasiya" və "aqressiyanın tərəfini tutmağın qəbul edilməz seçimi" adlandırıb.

    "Bu, Fransa üçün qəbuledilməzdir və cavab gecikməyəcək" - deyə, Makron vurğulayıb.

    "Əgər yaxın həftələrdə bu ittihamlar qüvvədə qalarsa, biz qarşılıqlı tədbirlər görəcəyik" - deyə, o əlavə edib.

    O, Parisin hansı addımları atacağı barədə ətraflı açıqlama verməyib.

    Qeyd edək ki, 2022-ci ilin may ayında İranda Fransa vətəndaşları Sesil Koler və Jak Pari saxlanılıb. İranın Kəşfiyyat Nazirliyi onları müəllimlərin maaş artımı tələbi ilə keçirilən etirazlar zamanı pozğunluq yaratmağa cəhd etməkdə ittiham edib. Fransa Xarici İşlər Nazirliyi bildirir ki, İran hakimiyyəti onlara konsulluq nümayəndələrinin ziyarətlərini məhdudlaşdırır və dərhal azadlığa buraxılmalarını tələb edir.

    Bundan əvvəl, Fransa Xarici İşlər naziri Jan-Noel Barro da İranı nüvə proqramı üzrə danışıqları bərpa etmədiyi təqdirdə "Avropa Üçlüyü"nün (Böyük Britaniya, Fransa, Almaniya) sanksiyaları bərpa edəcəyi ilə hədələyib. Nazir əlavə edib ki, Avropa ABŞ ilə İran arasında danışıqları dəstəkləyir, lakin təhlükəsizlik sahəsində öz maraqlarının qorunmasını tələb edir. Onun sözlərinə görə, indiki danışıqlar "yeni əsaslar üzərində qurulub" və 2015-ci il tarixli Birgə Həlli Əhatə Edən Fəaliyyət Planı (JCPoA) ilə məhdudlaşmır.

    #İran #Fransa #Emmanuel Makron #Məsud Pezeşkian
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    21 İyul 2026 21:52

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    21 İyul 2026 20:31

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    21 İyul 2026 20:13

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    21 İyul 2026 20:06

    ABŞ ordusu İraqda həlak olan hərbçinin adını açıqlayıb

    21 İyul 2026 19:57

    Livan baş naziri İranın Bəhreynə hücumlarını pisləyib

    21 İyul 2026 19:54

    Paris Tehrandan diplomatik heyətin təhlükəsizliyini tələb edir

    21 İyul 2026 19:22

    Ali rəhbərlə əlaqələrim hər gün genişlənir - Pezeşkian

    21 İyul 2026 19:15

    İranın danışıqlardakı nəticələri gözləntiləri keçdi - Pezeşkian

    21 İyul 2026 19:05
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.