Bakı,AzerVoice
İsrail ordusunun çərşənbə günü İordan çayının qərb sahilinin Tulkarm və Cenin şəhərlərində başlatdığı "genişmiqyaslı antiterror əməliyyatı"nda ən azı doqquz nəfər həyatını itirib.
AzerVoice xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat verib.
İordan çayının qərb sahilinin şimal-şərqindəki Tubas şəhərində yeddi, Cenin şəhərində isə PUA hücumu və silahlı qarşıdurma nəticəsində iki nəfərin həyatını itirdiyi açıqlanıb.
Xarici işlər naziri İsrael Katz əməliyyatı "böyük əks-terror basqını" kimi qiymətləndirərək İordan çayının qərb sahilindəki fələstinlilərə müvəqqəti olaraq təxliyyə əmri verilməsini təklif edib.
Qeyd edək ki, Qəzzada 10 ay əvvəl başlayan müharibədən bəri İordan çayının qərb sahilində ən azı 652 fələstinli həlak olub.