Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Qərb Ermənistandan Cənubi Qafqaza qarşı müharibədə alət kimi istifadə edir - Rusiya XİN

    18 İyun 2024 13:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qərb Ermənistandan Cənubi Qafqaza qarşı  müharibədə alət kimi istifadə edir - Rusiya XİN
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı.VOA  :

    Qərb Ermənistandan Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibədə alət kimi istifadə edir.

    VOA  xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində bildirib.

    Nazir müavininin sözlərinə görə, Qərbin məqsədi erməni "platformasından" istifadə edərək regionda növbəti gərginlik mənbəyi yaratmaqdır.

    "Qərb paytaxtlarında bu respublikanın sosial-iqtisadi vəziyyətini və təhlükəsizliyini sakitcə təhlükə altına atmağa hazırdırlar. ABŞ, Avropa İttifaqı və NATO nümayəndələri İrəvanı Moskva ilə bütün əlaqələri kəsməyə çağırır və onu bizim ümumi inteqrasiya birliklərimizdən çıxarmağa çalışırlar", - deyə M.Qaluzin qeyd edib.

    Diplomatın vurğuladığı kimi, Moskva dəfələrlə və müxtəlif səviyyələrdə narahatlıq doğuran məsələləri müzakirə etməyə hazır olduğunu İrəvana çatdırıb.

    "Eyni zamanda, müxtəlif təşəbbüslərimizə heç bir cavab almamışıq. Ümid edirik ki, Ermənistan rəhbərliyi Qərbin vədlərinin illüziya mahiyyətini, həmçinin respublikanın suverenliyi, təhlükəsizliyi və iqtisadi inkişafı baxımından Rusiya ilə münasibətlərin kritik əhəmiyyətini dərk etmək üçün kifayət qədər siyasi müdrikliyə malik olacaq", - deyə Rusiya xarici işlər nazirinin müavini əlavə edib.

    #Rusiya #Ermənistan #Mixail Qaluzin
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    31 Avqust 2026 12:28

    Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

    29 Avqust 2026 17:33

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    Qətər İrəvandan ilk turizm çarter reysini qəbul edib

    29 Avqust 2026 13:05

    İsveç Rusiya sərhədinə qırıcı təyyarələr və hərbi gəmilər göndərəcək

    28 Avqust 2026 16:32

    Rusiyanın Kiyevə hücumları davam edir - ölən və yaralananlar var

    28 Avqust 2026 15:09

    ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp

    28 Avqust 2026 13:09

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33

    Rusiya Kiyev və Odessadakı obyektlərə zərbələr endirib

    28 Avqust 2026 11:18

    Rusiya Hörmüz boğazı məsələsində kifayət qədər yaxşı davranıb - Tramp

    27 Avqust 2026 22:21

    Putin NATO ölkəsinə hücum etməyəcək - Tramp

    27 Avqust 2026 21:54
    XƏBƏR LENTİ

    Huda Qəttan və Kardi Bi əməkdaşlığa başlayır

    Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

    Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər

    Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib

    Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat yayılıb

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    Dünyanın ən yaxşı reqbiçiləri Dubayda - HSBC SVNS 2027 seriyasının açılışı olacaq

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.