Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    MH370 Sirri - 10 llik axtarış yenidən dayandırılıb

    3 Aprel 2025 17:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    MH370 Sirri - 10 llik axtarış yenidən dayandırılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    10 ildir axtarılan Malaysia Airlines MH370 təyyarəsinin axtarışları yenidən dayandırılıb.

    AzerVoice xəbər verir ki, Malayziyanın nəqliyyat naziri Entoni Loke mövsümi şəraitin uyğun olmadığını bildirərək, axtarışların ilin sonunda bərpa olunacağını açıqlayıb.

    2014-cü il martın 8-də Kuala-Lumpurdan Pekinə gedən Boeing 777 tipli sərnişin təyyarəsi 227 sərnişin və 12 ekipaj üzvü ilə birlikdə müəmmalı şəkildə yoxa çıxıb. Malayziya rəsmiləri bildiriblər ki, təyyarə qəsdən marşrutdan yayındırılıb və yanacağı bitənə qədər uçaraq Hind okeanının cənubunda düşüb.

    Son 10 il ərzində 26 ölkə bu müəmmalı hadisənin sirrini açmağa çalışsa da, qalıqların dəqiq yeri müəyyən edilməyib. 2018-ci ildə Malayziya hökuməti ABŞ-ın dəniz kəşfiyyat şirkəti Ocean Infinity ilə müqavilə bağlayıb. 70 milyon dollara qədər mükafat təklif edilən axtarışlar nəticəsiz qalıb.

    Bu il fevralın 25-də Ocean Infinity yeni texnologiyalarla 5800 kvadrat kilometrlik ərazidə axtarışlara yenidən başlayıb. Lakin nəticə əldə olunmadığı üçün əməliyyat müvəqqəti dayandırılıb.

    Malayziya hökuməti və təyyarənin sərnişinlərinin yaxınları hələ də MH370-in sirrinin açılacağına ümid edir. Təyyarənin qalıqlarının Afrikanın şərq sahillərində və Hind okeanındakı adalarda tapıldığı bildirilsə də, onun necə və niyə marşrutdan çıxdığı hələ də qaranlıqdır.

    Hadisə müasir aviasiya tarixinin ən böyük sirlərindən biri olaraq qalır.

    #Malayziya #təyyarə qəzası #Malaysia Airlines MH370 #Ocean Infinity #Aviasiya tarixində sirr
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün təyyarə qəzasında 156 nəfər həlak oldu

    16 Avqust 2026 02:00

    Ceyhun Bayramov Malayziya səfirini qəbul edib

    19 İyun 2026 18:58

    Qlobal İslam İqtisadiyyatı İndeksində lider ölkələr hansılardır?

    5 İyun 2026 06:00

    Qazaxıstanda təyyarə qəzası – pilotlardan biri həyatını itirdi

    27 May 2026 11:35

    Malayziya İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində hüquqi addım atır

    25 May 2026 10:27

    İqtisadiyyatda Türkiyə imzası: Halal turizm və ticarətdə yeni rekordlar

    2 May 2026 10:40

    Avstraliyada təyyarə qəzası baş verib

    29 Aprel 2026 09:58

    TUSAŞ və Malayziya arasında aviasiya sahəsində strateji tərəfdaşlıq genişlənir

    20 Aprel 2026 17:34

    Hörmüz boğazından keçid üçün rüsum ödənilmir - Malayziya

    1 Aprel 2026 12:37

    Türkiyə və Liviya təhlükəsizlik məsələlərini müzakirə edib

    13 Fevral 2026 12:57

    Ankara yaxınlığında düşən Liviya təyyarəsinin qara qutusundakı pilot danışıqları məlum olub

    4 Fevral 2026 16:02

    İndoneziyada göyərtəsində 10 nəfər olan təyyarə yoxa çıxıb

    17 Yanvar 2026 17:02
    XƏBƏR LENTİ

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.