Bakı. AzerVoice:
Yaponiyanın cənubundakı Kaqosima körfəzindəki yarımadada Sakuracima vulkanında püskürmə baş verib.
AzerVoice-nin məlumatına görə, bu barədə Yaponiya Meteorologiya Agentliyi bildirib.
Yaponiyanın cənubunda Sakurajima vulkanının püskürməsindən sonra küllərin beş min metrə qədər yüksəldiyini qeyd edilib.
Partlayışdan sonra ölən və yaralanan olmayıb, ətrafdakı binalarda dağıntı aşkar edilməyib.
Məlumat üçün qeyd edək ki, Sakurajima Yaponiyanın ən aktiv vulkanı kimi tanınır və 2016-cı ilin fevral ayından bəri onun kraterinə iki kilometrdən çox yaxınlaşmasına icazə verilmir.
Hafiz Rufizoğlu