Bakı,AzerPress
İraq bazar ertəsi günü İslam Dövləti (İŞİD) ilə mübarizə aparmaq üçün ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin bir hissəsi kimi əlavə xarici qüvvələrin öz ərazisinə daxil olmasını rədd edib . Bu barədə AzerPress İraqın rəsmi xəbər agentliyinə (INA) istinadən məlumat verir.Agentliyin məlumatına görə, İŞİD-ə qarşı beynəlxalq koalisiya İraq və Suriyada təşkilata qarşı mübarizə aparmaq üçün 2014-cü ilin sentyabrında yaradılıb, tərkibinə 85 ölkə və tərəfdaş təşkilat daxildir və İraqda 2500-ə yaxın Amerika əsgəri var.
Məlumatda İraqın heç bir xarici qüvvəyə ehtiyacı olmadığını təsdiqlənib beynəlxalq koalisiyanın mövcudluğunun məsləhət, təlim və təhlükəsizlik məlumatlarının verilməsi ilə məhdudlaşdığı qeyd edilib.