Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    “Azərbaycanın gələcəyi etibarlı əllərdədir, düzgün qurulmuş sistemlə irəliləyir” – Onur Beyhan

    15 İyun 2026 17:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “Azərbaycanın gələcəyi etibarlı əllərdədir, düzgün qurulmuş sistemlə irəliləyir” – Onur Beyhan
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Əminik ki, Azərbaycan 15 İyun Milli Qurtuluş Günündən aldığı qüvvə ilə daha böyük zirvələri fəth edəcək, yeni uğurlar qazanacaqdır.

    VOA xəbər verir ki, Türk Strateji Düşüncə Mərkəzinin sədri, politoloq Onur Beyhan Çağrı.az saytına verdiyi açıqlamada Türkiyə-Azərbaycan münasibətlərini, bu iki qardaş ölkə arasındakı bağların Türk dünyasına təsirlərini və ümumilikdə Türk dünyasının gələcəyinə dair fikirlərini bölüşüb. Onur Beyhan Azərbaycanın müstəqillik əldə etdiyi gündən bu günə qədər yürütdüyü siyasi gedişləri və xarici siyasət sahəsində atdığı addımları diqqətlə izlədiyini vurğulayan Beyhan, bu strategiyaları olduqca uğurlu qiymətləndirib. Həmçinin Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətlərin digər Türk yurdları üçün nümunəvi model ola biləcəyini qeyd edən politoloq bildirib ki, müstəqilliyini qazandıqdan dərhal sonra müharibəyə cəlb olunan, ərazilərinin 20 faizini itirən və əhalisinin mühüm bir hissəsi qaçqın vəziyyətinə düşən Azərbaycan; demək olar ki, müstəqilliyini itirmək ərəfəsində ikən toparlanmağı bacaran ölkədir: "Azərbaycana hər səfərimdə ölkənin bütün sahələrdə daha da inkişaf etdiyini, dünyada söz sahibi olan bir ölkəyə çevrildiyini və son hədəflərinə doğru sürətli və əmin addımlarla irəlilədiyini müşahidə edirəm. Bu prosesin əsasını qoyan şəxs, heç şübhəsiz ki, Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevdir. Geriyə nəzər saldıqda Heydər Əliyevin Azərbaycan üçün möhkəm gələcək inşa etdiyini, hazırkı prosesin bu təməllərdən sapmadan davam etdirildiyini, dövlət ağlı ilə xalq birliyinin ayrılmaz bir bütövlük təşkil etdiyini görürük. Məhz elə buna görədir ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin qoyduğu yolu uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük zəfər qazandı; işğal altındakı torpaqlar işğaldan azad edildi. O andan etibarən Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoydu. Sevinc hissi keçiririk; çünki zəfərdən sonra ərazi bütövlüyünü bərpa etmiş güclü bir Azərbaycan var. Sevinc hissi keçiririk; çünki əbədiyyətə qovuşsa belə, qarşımızda Ümummilli lider Heydər Əliyevin qoyduğu yoldan uzaqlaşmayan bir ölkə başçısının rəhbərliyi ilə Turanı qurmaq niyyətində olan Azərbaycan var. Və nəhayət, sevinc hissi keçiririk; çünki biz bu prosesin canlı şahidləriyik“.

    Onur Beyhan sözlərini belə davam etdirib:

    “Əminik ki, Azərbaycan 15 İyun Milli Qurtuluş Günündən aldığı qüvvə ilə daha böyük zirvələri fəth edəcək, yeni uğurlar qazanacaqdır. Beləliklə, uğurdan uğura qaçan Azərbaycanın hazırki vəziyyəti Ulu öndər Heydər Əliyevin ruhunu da şad edir. Müstəqilliyin ilk günlərindən bu günlərə nəzər saldıqda, əldə edilmiş nailiyyətin əhəmiyyətini hamımız dərk edirik. Əlbəttə ki, bu asan başa gəlməyib; çətinliklərə sinə gərərək bu günlərə gəlinib. O çətin günlərdə iradə nümayiş etdirən, başda Azərbaycanın ümumilli lideri Heydər Əliyev olmaqla bütün qəhrəman vətən övladlarını hörmətlə yad edərək; "bayramın mübarək olsun, Azərbaycanım"- deyirəm“.

    Müsahibəni götürdü :Oktay Hacımusalı

    #Çağrı.az #15 İyun Milli Qurtuluş Günü #Türk Strateji Düşüncə Mərkəzi #Onur Beyhan #Türkiyə-Azərbaycan münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan müsəlman dünyasında əməli və bərabərhüquqlu həmrəyliyin tərəfdarıdır - Rufiz Hafizoğlu

    20 İyul 2026 12:45

    Suriya ilə razılaşma mümkündür, lakin Livanda vəziyyət tamamilə fərqlidir - Rufiz Hafizoğlu

    16 İyul 2026 14:46

    İsrail payızda seçkilərə gedir: Netanyahunun aqibəti necə olacaq?

    13 İyul 2026 15:00

    Qəzza müharibəsi İsrail cəmiyyətini parçalayan ilk hərbi qarşıdurmadır - Rufiz Hafizoğlu

    7 İyul 2026 14:29

    İran həm ərəb ölkələrinə raket atır, həm də təhlükəsizlik tərəfdaşlığından danışır - Rufiz Hafizoğlu

    25 İyun 2026 13:53

    “Azərbaycanın gələcəyi etibarlı əllərdədir, düzgün qurulmuş sistemlə irəliləyir” – Onur Beyhan

    15 İyun 2026 17:34

    Azərbaycanın balanslı siyasəti Yaxın Şərqdə sabitlik nümunəsi kimi qiymətləndirilir

    12 May 2026 22:31

    Vəziyyət gərginləşdi: Müharibə yenidən başlayır

    5 May 2026 13:15

    İranın siyasi labirinti: Qalibafın "İstefası" və güc mərkəzlərinin mübarizəsi

    25 Aprel 2026 19:34

    İranda hakimiyyət daxilində qarşıdurma dərinləşir, əsas güc Xamenei ailəsinin əlindədir - Rufiz Hafizoğlu

    21 Aprel 2026 13:14

    İranın ABŞ-ın regiondan çıxması tələbi tamamilə qeyri-realdır - Rufiz Hafizoğlu

    20 Aprel 2026 21:01

    Cümhuriyyətin quruluşuna həsr olunan Poeziya Gecəsi keçirləcək

    2 Aprel 2026 22:04
    XƏBƏR LENTİ

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.