Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Pezeşkianın etirafı Tehranın manevr imkanlarının daraldığını göstərir

    9 Avqust 2026 12:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Pezeşkianın etirafı Tehranın manevr imkanlarının daraldığını göstərir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    İran Prezidenti Məsud Pezeşkianın ölkəsinin şimal-qərb və cənub-şərq sərhədlərində daxili sarsıntılar yaratmaq planlarına diqqət çəkərək, "Qonşularımız olmasaydı, vəziyyət fərqli ola bilərdi" şəklində verdiyi bəyanat Tehrandakı strateji narahatlıqları və dəyişən regional reallıqları bir daha gündəmə gətirib. İran lideri xarici güclərin sərhədyanı bölgələrdən ölkəyə iğtişaşlar keçirmək niyyətində olduğunu, lakin region dövlətlərinin bu təxribatlara izin verməyərək İrana dəstək nümayiş etdirdiyini xüsusi vurğulayıb. VOA xəbər verir ki, müharibə riskləri, sanksiyalar və daxili böhranlar fonunda İran rejiminin illərdir Cənubi Qafqazda yürütdüyü təsir siyasəti, bölgəyə yanaşması və Tehranın üzləşdiyi geosiyasi təhdidlər barədə Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlama verib.

    Ekspert bildirib ki, Cənubi Qafqaz regionu bütün qlobal oyunçular, xüsusən də İran üçün hər zaman strateji önəm daşıyıb: "İran bölgədə yürütdüyü siyasət nəticəsində Cənubi Qafqazı , Azərbaycan, Gürcüstan və Ermənistan daxil olmaqla, hətta Şimali Qafqazda, Dərbənddə yaşayan azərbaycanlılar amilindən istifadə etməklə hər zaman özünün “arxa bağçası” kimi görməyə çalışıb. Tehran bu coğrafiyanı özü üçün icazəsiz siyasi mübarizə meydanı hesab edib. Bir zamanlar İran-Ermənistan münasibətləri yüksək səviyyədə idi, eyni zamanda İran Gürcüstanda da müəyyən qüvvələr vasitəsilə öz maraqlarını və lobbiçilik fəaliyyətini gücləndirməyə çalışırdı. Bu bölgənin əldən çıxması və ya xarici güclərin təsir dairəsinə keçməsi İran üçün ciddi problemlər vəd edir".

    R.Hafizoğlu vurğulayıb ki, İran hazırda həm daxili iqtisadi, həm də xarici geosiyasi baxımdan tarixinin ən ağır sınaqlarından birini yaşayır:
    "Məsələ burasındadır ki, bu gün İranın vəziyyəti 1979-cu il İslam inqilabından sonrakı dövrlə müqayisədə ən çətin durumdadır. Ölkənin üzləşdiyi müharibə riskləri, dərinləşən iqtisadi böhran və ağır sanksiyalar Tehranı regional reallıqlarla hesablaşmağa məcbur edir. Bununla yanaşı, Yaxın Şərqdəki gərginlik də İran üçün ciddi təhdiddir. İsrail-Qəzzə-ABŞ xəttində baş verən münaqişələr və İsrailin mərhələli şəkildə bölgədəki mövqelərini dəyişməsi, nəticə etibarilə, İranı ABŞ ilə birbaşa qarşı-qarşıya qoyur. Tehranın ABŞ ilə birbaşa toqquşma riski altına düşməsi, hazırkı iqtisadi-siyasi böhran fonunda İran üçün ən böyük narahatlıq mənbəyidir".

    Ekspert sonda xüsusi bir məqama və soydaşlarımızın taleyinə diqqət çəkib:

    "Bunu da xüsusi qeyd etmək istərdim ki, Azərbaycan dövlət rəhbərliyi də dəfələrlə bəyan edib ki, Azərbaycan və ümumilikdə Cənubi Qafqaz ölkələri heç vaxt İran əleyhinə platforma kimi istifadə oluna bilməz. Çünki bunun hər iki tərəf üçün çox acı nəticələri ola bilər. Biz siyasi baxımdan fərqli qütblərdə olsaq da, unutmayaq ki, İranda 40 milyona yaxın azərbaycanlı soydaşımız yaşayır. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, xaricdə yaşayan azərbaycanlıların, xüsusən də İrandakı soydaşlarımızın təhlükəsizliyi, hüquqları və taleyi Azərbaycan dövləti üçün son dərəcə önəmlidir. Pezeşkianın qonşuların rolunu etiraf etməsi də məhz bu regional reallıqlardan və Tehranın manevr imkanlarının daralmasından qaynaqlanır".

    Fatimə Cabbarlı

    #İran-Azərbaycan münasibətləri #İran prezidenti Məsud Pezeşkian #Məsud Pezeşkian açıqlaması #İranın Cənubi Qafqaz siyasəti #İran və Cənubi Qafqaz #Tehranın regional siyasəti #İranın geosiyasi mövqeyi #İranın regional təsir siyasəti #İranın arxa bağça siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?

    15 Avqust 2026 10:06

    Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?

    13 Avqust 2026 16:52

    ABŞ-İran danışıqları niyə təxirə salındı? İsveçrədə planlaşdırılan görüş baş tutmadı

    19 İyun 2026 09:30

    Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb

    23 Aprel 2026 16:42

    İranda Müvəqqəti Liderlik Şurası öz işinə başlayıb – Pezeşkian

    1 Mart 2026 19:12

    İranda Müvəqqəti Liderlik Şurasının üzvləri bəlli oldu

    1 Mart 2026 14:10

    İran prezidenti təhlükəsiz vəziyyətdədir

    1 Mart 2026 13:50

    İran və Azərbaycan Astara Sərhədində Yük Maşını Hərəkətini Artıracaq

    20 Dekabr 2025 15:29

    Ərdəbillə Azərbaycan arasında iqtisadi imkanları inkişaf etdirmək olar – Pezeşkian

    11 Sentyabr 2025 13:00

    Azərbaycan və İran ortaq mədəni layihələri nəzərdən keçirib

    8 Sentyabr 2025 12:34

    Azərbaycan və İran: mürəkkəb qonşuluğun anatomiyası və əməkdaşlıq imperativi

    8 Sentyabr 2025 11:09

    Pezeşkianın oğlu İran-Azərbaycan münasibətlərinə qarşı çıxanları tənqid edib

    6 Avqust 2025 17:01
    XƏBƏR LENTİ

    Qətərin tikinti sektoru 2027-ci ildə 6.7% böyüyəcək

    Zərgərlik ev Nur Arida və Corcina Rodrigezi bir araya gətirdi

    Cəfər Cekson şəxsi musiqi karyerasını niyə dayandırdı?

    İran müharibəsi və Müsəlman Qardaşlar: Körfəzdə sosial etimad sınağı

    Diyarbəkirdə 4 min metr dərinlikdən yüksək keyfiyyətli neft çıxarıldı

    Baykar süni intellektlə təchiz edilmiş mini kompüteri təqdim etdi

    ABŞ məhkəməsi Trampın 75 ölkəyə viza qadağasını dayandırdı

    Kolumbiya İsrailə kömür ixracını iki ildən sonra bərpa edir

    Mərkəzi Bank niyə Efiopiya valyutasını xilas edə bilmədi?

    Astanada Kurultaya seçkilər üzrə səsvermə keçirilir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.