Bakı. AzerVoice:
İsrailin Qəzzada ABŞ-ın verdiyi silahlardan istifadə etməsi beynəlxalq humanitar hüququ pozub, lakin müharibə şəraiti ABŞ rəsmilərinə konkret hava hücumlarında bunu müəyyən etməyə mane oldu.
AzerVoice xəbər verir ki, bu barədə Bayden administrasiyası açıqlayıb.
Qeyd edək ki, İsrailin Rəfaha hücum etməsini istəməyən ABŞ rəhbərliyi bəzi yüksək dağıdıcı bombaların İsrailə göndərilməsini dayandırıb.