Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    13 May 2026 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI. VOA:

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    VOA xəbər verir ki, Prezident İlham Əliyev ötən il Slovakiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşləri, o cümlədən Rixard Raşi ilə görüşünü məmnunluqla xatırladı.

    Müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişafını vurğulayan Prezident İlham Əliyev qarşılıqlı hörmətə, dostluğa və tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin genişlənməsində parlamentlərimiz arasındakı münasibətlərin roluna toxundu.

    Prezident İlham Əliyev Rixard Raşinin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməsinin önəmini qeyd edərək, bildirdi ki, bu, tərəfdaşlığımızın daha bir göstəricisidir.

    Qəbula görə nümayəndə heyəti adından minnətdarlığını ifadə edən qonaq Prezident İlham Əliyev ilə görüşdən şərəf hissi keçirdiklərini dedi.

    Rixard Raşi Prezident İlham Əliyevə Slovakiyaya ilk rəsmi səfər etdiyinə görə minnətdarlığını bildirdi.

    Dəfələrlə ölkəmizə səfər etdiyini məmnunluqla xatırlayan qonaq 2022-ci ildə Azərbaycana səfəri çərçivəsində Şuşada olduğunu dedi. O bildirdi ki, bu səfəri əsnasında da Qarabağa gedəcək, orada aparılan bərpa-quruculuq işləri, həmçinin Xankəndidə Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olacaq.

    Rixard Raşi Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi.

    Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev sülhün gücləndirilməsi üçün ölkəmiz tərəfindən görülən tədbirlərdən danışdı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da daxil olmaqla ölkələrimiz arasında ticarət münasibətlərinin yaradıldığını dedi.

    Söhbət zamanı Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu vurğulanaraq, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edildi.

    Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakına toxunularaq, bunun Azərbaycan-Slovakiya dostluğunun göstəricisi olduğu vurğulandı.

    Görüşdə beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində əməkdaşlıq müzakirə olundu, iqtisadi-ticari, enerji, müdafiə sənayesi, təhsil, humanitar, müasir texnologiyalar, mədəniyyət, idman, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

    Tezliklə Bakı ilə Bratislava arasında birbaşa uçuşların həyata keçiriləcəyi bildirilərək, bunun turizm və insanlararası təmasların genişlənməsinə töhfə verəcəyi qeyd olundu.

    Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

    30 İyul 2026 16:36

    Bəzi qadağan olunmuş məlumatları yerləşdirən saytlara giriş məhdudlaşdırılacaq

    30 İyul 2026 13:27

    Prezident İlham Əliyev Mərakeş Kralına məktub ünvanlayıb

    30 İyul 2026 11:08

    Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

    29 İyul 2026 16:23

    Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edilib

    28 İyul 2026 15:00

    Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqlənib

    28 İyul 2026 13:57

    Prezident İlham Əliyev "Aviasiya haqqında" qanuna edilən dəyişiklikləri təsdiqləyib

    28 İyul 2026 13:42

    Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

    28 İyul 2026 13:16

    Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

    27 İyul 2026 13:59

    İstanbul şəhərinə yeni baş konsul təyin edilib

    27 İyul 2026 13:58

    Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırılıb

    27 İyul 2026 13:53

    Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik edib

    26 İyul 2026 13:28
    XƏBƏR LENTİ

    Pakistan ABŞ və İranı yenidən razılaşma çərçivəsində danışıqlara qaytarmağa çalışır

    Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

    İsrail ordusunda görünməmiş hadisə - 100 hərbçi niyə bazanı tərk etdi?

    İordaniyadakı ABŞ hərbi bazasına raket zərbəsi endirilib - SEPAH

    Azərbaycanda ixracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

    Əl-Riyad yeni hərbi koalisiya yaradır: Türkiyə İranla savaşa qoşular?

    Terrorsuz Türkiyə prosesi ümumi amnistiya deyil - Numan Kurtulmuş

    Çin İrana raket sistemləri göndərməsi ilə bağlı iddiaları təkzib edib

    TPAO-nun Kərkük addımı: Türkiyənin enerji xəritəsində mövqeyi güclənir

    İraqla təhlükəsizlik əməkdaşlığı fasiləsiz davam edir - Türkiyə Milli Müdafiə Nazirliyi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.