Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Hərb tarixi: Döyüş xronikası
    Hərb tarixi: Döyüş xronikası

    Virciniya Hall - ABŞ-ın Ən Çox Mükafatlandırılmış Təkayaqlı Qadın Casusu

    24 Mart 2025 14:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Virciniya Hall - ABŞ-ın Ən Çox Mükafatlandırılmış Təkayaqlı Qadın Casusu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Virciniya Hall 1906-cı ildə Baltimorda imtiyazlı bir ailədə dünyaya gəlib. II Dünya Müharibəsi zamanı o, Gestaponu çaş-baş saldı, Fransa ərazisində düşmən arxasında həm “Jedburgh” qruplarını, həm də Müqavimət hərəkatını əlaqələndirdi. O, hər an həyatını itirə biləcəyini bilirdi.
    Bir ayağının olmaması səbəindın onun Gestapodan qaçması demık olar ki, imkansız idi.

    Hall bu işləri görmək məcburiyyətində deyildi. O dövrdə ali təbəqədən olan qadınlardan çox şey gözlənilmirdi – əsasən müəllim, xeyriyyəçi və ya sənətçi ola bilərdilər. Amma əlbəttə ki, istisnalar da var idi.

    Virciniya Hall da belə bir istisna idi. O, çox ağıllı idi və Radklif və Barnard kimi nüfuzlu qadın kolleclərində təhsil almışdı. Burada fransız, italyan və alman dillərini öyrənmişdi və xüsusilə fransız dilində sərbəst danışırdı.

    1930-cu ildə təhsilini başa vurmaq üçün Avropaya getmək istəyini valideynlərinə bildirir və Fransa, Avstriya və Almaniyanı gəzib, 1931-ci ildə ABŞ-ın Varşavadakı səfirliyində işləməyə başlayır.

    Bu müddət ərzində öyrəndiyi dillər, mədəniyyətlər və bürokratik sistemlərdə qazandığı təcrübə müharibə zamanı ona çox kömək etdi.

    Virciniya Hallın Ayağını İtirməsi və Mübarizəyə Davamı

    1932-ci ildə Türkiyəyə səfəri zamanı ov qəzası nəticəsində sol ayağını itirdi və dizdən aşağı amputasiya olundu. O, bundan sonra ömür boyu taxta ayaqdan istifadə etməli oldu. Amma bu hadisə onun ruhunu sındırmadı – hətta taxta ayağına “Cuthbert” adını vermişdi.

    Bu yaralanma ona diplomatik karyerada irəliləməyi mümkünsüz etdi və 1939-cu ildə ABŞ Dövlət Departamentindən istefa verdi. Müəyyən müddət təhsilinə davam etsə də, müharibə onu hərəkətə keçməyə vadar etdi. O, Qırmızı Xaçın təcili yardım xidmətinə könüllü yazıldı və müharibə başlayanda Fransada idi.

    Fransa almanlara təslim olduqdan sonra Hall Vişi rejiminin idarə etdiyi ərazidə qaldı. Bu, onun İngiltərəyə keçməsini asanlaşdırdı və o, burada yeni yaradılmış Xüsusi Əməliyyatlar İcraiyyəsi (“SOE”) təşkilatına qoşuldu. Çörçill tərəfindən yaradılan bu qurum Avropada sabotaj, sui-qəsd və digər müqavimət hərəkətləri ilə “Avropanı alovlandırmaq” məqsədi güdürdü.

    Fransada Nasistlərə Qarşı Casusluq və Müqavimət Hərəkatı

    1941-ci ilin yayında təlim keçdikdən sonra Hall yenidən Vişi Fransasına göndərildi. O, Fransa Müqavimət Hərəkatının fəaliyyətini əlaqələndirəcək və Almanların işğal etdiyi ərazilərdə kəşfiyyat aparacaqdı.

    Amerika müharibəyə rəsmi olaraq qoşulmamışdı, ona görə də Hall “New York Post” qəzetinin müxbiri adı altında çalışdı. Bu ona sərbəst hərəkət etməyə və yüksək rütbəli şəxslərlə əlaqə qurmağa imkan verdi.

    Hall Fransa haqqında vacib məlumatları İngiltərəyə ötürdü. Ancaq 1942-ci ilin noyabrında Almaniya Vişi rejimini də işğal etdi və Gestapo onu izləməyə başladı. Həm almanlar, həm də Vişi polisi onu “Axsaq Xanım” adlandırır və tutmağa çalışırdılar. O, onları qabaqlayaraq İspaniyaya qaçdı.

    İspaniyaya qaçarkən SOE-yə mesaj göndərdi: “Ümid edirəm ki, Cuthbert qaçışıma mane olmayacaq.” Lakin Londondakı SOE əməkdaşları “Cuthbert”in taxta ayağı olduğunu bilmədikləri üçün belə cavab verdilər: “Əgər Cuthbert problem yaradırsa – onu aradan qaldırın.”

    OSS və D-Day Əməliyyatı üçün Hazırlıq

    1943-cü ilin iyulunda Hall İngiltərəyə qayıtdı və 1944-cü ilin yazında yeni yaradılan Strateji Xidmətlər İdarəsi (“OSS”, gələcək CIA) üçün çalışmağa başladı. Onun Fransa təcrübəsi OSS üçün çox dəyərli idi.

    O, digər casuslar kimi paraşütlə atılmadı – tək ayaqla bunu etmək təhlükəli idi. Bunun əvəzinə Britaniya torpedo qayığı ilə gecə saatlarında Bretonya sahillərinə buraxıldı.

    Fransada “Marcelle Montagne” adı ilə işləyirdi və kod adı “Diane” idi. O, Müqavimət hərəkatını əlaqələndirir və “Jedburgh” qrupları üçün paraşütlə silah-sursat və kəşfiyyat göndərilən əraziləri xəritəyə salırdı.

    Hall üç batalyon müqavimət döyüşçüsünü qeyri-müntəzəm müharibəyə hazırladı və alman qoşunlarının hərəkətləri barədə məlumat ötürdü. Bu fəaliyyətləri 1944-cü ilin payızına qədər davam etdirdi.

    Mükafatlar və Sonrakı Həyatı

    1945-ci ildə general Uilyam Donovan tərəfindən "Fərqlənmə Xaçı" mükafatına layiq görüldü. Bu, müharibə zamanı mülki qadına verilən yeganə mükafat idi.

    Prezident Trumen mükafatlandırma mərasiminin ictimai keçirilməsini istəsə də, Hall bunu qəbul etmədi – çünki hələ də OSS üçün işləyirdi və ifşa olmaq istəmirdi.

    Bundan əlavə, o, Britaniya İmperatorluğunun Fəxri Üzvü (MBE) adına layiq görüldü.

    1966-cı ilə qədər kəşfiyyat sahəsində çalışdı. O və OSS-dən olan həyat yoldaşı CIA üçün Fransa ərazisində casusluq edirdilər.

    Virciniya Hall 1982-ci ildə dünyasını dəyişdi. O, tarixdə ən çox mükafatlandırılmış qadın casus kimi yadda qaldı və II Dünya Müharibəsində Nasistlərə ən çox problem yaradan casuslardan biri oldu.

    #Kim-kimdir #casusluq #II Dünya Müharibəsi #Virciniya Hall #Gestapo #Fransa Müqavimət Hərəkatı #Xüsusi Əməliyyatlar İcraiyyəsi (SOE) #Jedburgh qrupları #Cuthbert (taxta ayaq) #Strateji Xidmətlər İdarəsi (OSS) #D-Day əməliyyatı #Fərqlənmə Xaçı #Britaniya İmperatorluğunun Fəxri Üzvü (MBE) #Fransada casusluq #Nasistlərə qarşı mübarizə #Kəşfiyyat fəaliyyəti #Axsaq Xanım #Fransada kəşfiyyat #Müharibə dövründə qadın casus #İngiltərəyə casus göndərmə #Müharibə zamanı qadınların rolu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Böyük Britaniyada İranla əlaqəli casusluq iddiası gündəmə gəldi

    29 May 2026 18:44

    Bu gün ABŞ-da Qadınlar Ordu Korpusunun yaradılması qanunla təsdiqləndi

    15 May 2026 03:00

    Bu gün onun doğum günüdür - Səddam Hüseyn kimdir?

    28 Aprel 2026 14:17

    Tarixdə bu gün – 26 Aprel

    26 Aprel 2026 00:03

    Bu gün onun ölüm günüdür - Papa Fransisk kimdir?

    21 Aprel 2026 10:00

    İsrail ordusunda kəşfiyyat qalmaqalı – strateji obyektlərin şəkilləri çəkilib

    7 Aprel 2026 09:25

    Alparslan Türkeş kimdir?

    4 Aprel 2026 12:00

    Azərbaycanın qədim dövlətçilik tarixində Atropatın rolu

    29 Mart 2026 05:23

    Şərqin Yenilməz Aslanı: Qüdsün Fatehi Səlahəddin Əyyubi kimdir?

    22 Mart 2026 14:49

    "Milli Görüş"ün memarı: Nəcməddin Ərbakanın həyat xronikası - Bu gün onun vəfat etdiyi gündür

    27 Fevral 2026 10:04

    Ordu rəhbərindən dövlət başçısına - Cozef Aun kimdir?

    10 Yanvar 2026 15:18

    Bu gün sui-qəsd nəticəsində öldürülən Benazir Bhutto Kimdir?

    28 Dekabr 2025 18:00
    XƏBƏR LENTİ

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    Ayətullah Əli Xameneinin dəfni üç günlük mərasimlə keçiriləcək

    ABŞ-İran danışıqlarında Trampın rolu və baxışı necədir?

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Qətərin Baş Naziri ilə Dohada görüşüb

    İran futbolçuları Dünya Çempionatında uğur qazana biləcəkmi?

    İşğal altındakı İordan çayının Qərb sahilində gərginlik artır

    Avropa İttifaqı miqrasiya siyasətini sərtləşdirir - Qeyri-qanuni miqrantların üçüncü ölkələrə göndərilməsi gündəmdədir

    İsrail hərbi sənayedə ilk dəfə xarici işçi qüvvəsinə müraciət edib

    Almaniyada gözəllik müsabiqəsində finala yüksələn hicablı qadın ifrat sağçıların hücumuna məruz qalıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.