Yaxın Şərq

Pakistan təhlükəsizlik qüvvələri bazar günü bəyan edib ki, ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətinin müxtəlif bölgələrində iki gündən az müddət ərzində 145 yaraqlını məhv ediblər. Bu hadisə Pakistanın regionda ən təhlükəli zorakılıq dalğalarından biri ilə üzləşdiyi bir vaxta təsadüf edir.

Beynəlxalq arenada resurslar və qlobal nizamın gələcəyi uğrunda həlledici strateji mübarizələrin getdiyi bir vaxtda, Suriya böhranı 2026-cı ilin əvvəllərində dövlət və cəmiyyət tarixində real bir dönüm nöqtəsinə çatıb. Əhməd əş-Şəranın rəhbərlik etdiyi Suriya hökumətinin Suriya Demokratik Qüvvələri (SDQ/PKK-nın Suriya qolu) ilə əhatəli atəşkəs və onların dövlət institutlarına inteqrasiyası barədə əldə etdiyi gözlənilməz razılaşma, 2011-ci ildən bəri davam edən böhranın gedişatında sıradan bir hadisə deyil. Bu, on ildən artıq davam edən iğtişaş və parçalanmalardan sonra Suriya dövlətinin faktiki olaraq öz coğrafi və inzibati birliyini bərpa etməyə başladığını göstərən həlledici bir keçiddir.

Vaşinqton Əfqanıstan, İraq və Yəməndən sonra indi də İranı xarabalığa çevirməyəmi hazırlaşır? İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin yeni komandanı general Məcid Musəvi ABŞ-ə ciddi xəbərdarlıq edib və deyib ki, “Tramp həddindən artıq çox danışır, lakin biz ona döyüş meydanında cavab verəcəyik”.

Qəzza xəstəxanalarının məlumatına görə, şənbə günü İsrailin həyata keçirdiyi hava zərbələri nəticəsində azı 12 fələstinli həlak olub. Zərbələr Qəzzanın həm şimalında, həm də cənubunda yerləşən əraziləri hədəf alıb. Qəzza şəhərində bir yaşayış binası, Xan Yunisdə isə çadır düşərgəsi vurulub. Xəstəxana rəsmilərinin bildirdiyinə görə, ölənlər arasında iki qadın və iki fərqli ailədən altı uşaq da var.

İsrail ordusu Qəzzada müharibə zamanı ölənlərin sayına dair Fələstin Səhiyyə Nazirliyinin açıqladığı rəqəmləri qəbul etmədiyini bildirib. İsrail ordusunun sözçüsü, polkovnik-leytenant Nadav Şoşani sosial şəbəkədə yaydığı açıqlamada İsrail mediasında dərc olunan məlumatların rəsmi hərbi statistikanı əks etdirmədiyini vurğulayıb. Şoşani qeyd edib ki, Qəzza müharibəsi ilə bağlı istənilən rəsmi məlumat yalnız səlahiyyətli qurumlar tərəfindən və rəsmi kanallar vasitəsilə açıqlanacaq.

Yaxın Şərqdə hərbi ritorikanın pik həddə çatdığı, ABŞ Prezidenti Donald Trampın İranı birbaşa hərbi zərbələrlə hədələdiyi bir şəraitdə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) regionun müharibə alovuna bürünməməsi üçün strateji diplomatik həmlə edib. AzerVoice xəbər verir ki, cümə günü BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı, Əbu-Dabinin regionda "sabitlik daxılı" rolunu oynamaq əzmini nümayiş etdirir.

Türkiyə və İran xarici işlər nazirləri artan ABŞ–İran gərginliyi fonunda İstanbulda görüş keçiriblər.Türkiyənin xarici işlər naziri Hakan Fidan və İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda görüşdən sonra keçirilən birgə mətbuat açıqlamasında İrana qarşı istənilən hərbi müdaxiləyə qarşı olduqlarını bəyan ediblər. Hakan Fidan İranın sabitliyinin həm Türkiyə, həm də region üçün mühüm olduğunu vurğulayaraq münaqişələrin hərbi yolla həllinin mümkün olmadığını, çıxış yolunun danışıqlar masası olduğunu bildirib.

Suriyanın şimal-şərqindəki təhlükəsizlik dinamikası yeni və gərgin bir mərhələyə qədər yüksəlib. Suriya rəsmi xəbər agentliyinin (SANA) cümə günü yaydığı məlumata görə, Suriya ordusu Həsəkə vilayətində yerləşən, minlərlə "DAİŞ" (İŞİD) döyüşçüsünün ailə üzvlərinin məskunlaşdığı məşhur "Əl-Hol" düşərgəsini və Qərbi Əl-Hol fermasını rəsmən qapalı hərbi-təhlükəsizlik zonası elan edib.

Ankara İranla ABŞ arasında artan gərginliyin hərbi toqquşmaya çevrilməsinin qarşısını almaq məqsədilə diplomatik təşəbbüslərini genişləndirir. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, İranın xarici işlər naziri Abbas Araqçi Ankaraya səfər edəcək. Səfər çərçivəsində onun türkiyəli həmkarı Hakan Fidanla görüşü planlaşdırılır. Görüşdə İran ətrafında yaranmış vəziyyət, ABŞ-dan səslənən hərbi təhdidlər və gərginliyin diplomatik yollarla aradan qaldırılması imkanları müzakirə olunacaq.

İsrailin "Haaretz" qəzetinin yaydığı təcili məlumata görə, İsrail ordusu müharibə zamanı təxminən 70 min fələstinlinin həlak olduğunu bildirən Qəzza Səhiyyə Nazirliyinin statistikasını ilk dəfə rəsmən qəbul edib. "Haaretz"in təhlükəsizlik mənbələrinə istinadən verdiyi digər təcili xəbərdə deyilir ki, əldə olunmuş Qəzza sazişi ordu rəhbərliyi üçün "qarışıq və çaşdırıcıdır". Mənbələr bildirir ki, sənəddə bir sıra fundamental məsələlər, o cümlədən HƏMAS-ın tərksilah edilməsi və İsrail qoşunlarının sektordan çıxarılma dərəcəsi qeyri-müəyyən qalıb.