Yaxın Şərq

İsrail ordusu ABŞ Prezidenti Donald Trampın atəşkəs planının ikinci mərhələsinə uyğun olaraq Qəzza zolağındakı "Sarı xətt" boyunca xüsusi toplama məntəqələri yaradıb. Bu məntəqələr HƏMAS-ın öz silahlarını beynəlxalq sabitləşdirmə qüvvələrinə təhvil verməsi üçün nəzərdə tutulub. Planlaşdırılan prosesə əsasən, toplanan silahlar İsrailə daşınaraq orada məhv edilməlidir.

İsrail ordusunun Qəzza şəhərinin şərqinə və Xan Yunis şəhərinin cənubuna yönəlmiş artilleriya zərbələri nəticəsində 9 fələstinli həyatını itirib, çox sayda insan yaralanıb. Hücumlar dinc sakinlərin sığındığı evləri və çadır düşərgələrini hədəf alıb. İsrail artilleriya bölmələrinin Qəzza şəhərinin şərqində yerləşən Zeytun və Tuffah məhəllələrində mülki şəxslərə məxsus çadırları və evləri atəşə tutması nəticəsində aralarında bir uşağın da olduğu 5 fələstinli dünyasını dəyişib. Hadisə yerindən gələn xəbərlərə görə, yaralıların sayı olduqca çoxdur və tibbi yardımın çatdırılmasında çətinliklər yaşanır.

Qəzzanın cənubunda İsrail hərbçilərinin açdığı atəş nəticəsində bir fələstinli gənc ölüb, daha bir nəfər yaralanıb. Yerli tibbi mənbələrin məlumatına görə, fələstinli gənc Xan-Yunusun qərbində, əl-Mavasi ərazisinin cənubunda baş nahiyəsindən aldığı güllə yarasından həyatını itirib. Digər bir gənc isə Xan-Yunusun şərqində açılan atəş nəticəsində orta ağır vəziyyətdə yaralanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində regional və ikitərəfli məsələlərə dair geniş açıqlamalar verib. Ərdoğan Türkiyənin ABŞ ilə İran arasında artan gərginliyin azaldılması üçün vasitəçilik etməyə hazır olduğunu vurğulayıb. O qeyd edib ki, bölgədə münaqişə riskini artıracaq addımlardan çəkinmək, dialoq və diplomatiya yolu ilə həll mexanizmlərini gücləndirmək zəruridir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Ər-Riyadda "Səudiyyə Ərəbistanı-Türkiyə İnvestisiya Forumu" keçirilib. Forumda çıxış edən Türkiyənin ticarət naziri Ömer Bolat bu səfərin tarixi xarakter daşıdığını və imzalanacaq çoxsaylı müqavilələrlə iki ölkə arasındakı dostluq münasibətlərinin iqtisadi sahədə daha da möhkəmlənəcəyini bildirib.

Livanın baş naziri Navaf Salam çərşənbə axşamı verdiyi açıqlamada ölkəsinin yeni bir münaqişəyə cəlb olunmasına imkan verməyəcəyini bildirib. Bu bəyanat Hizbullah qruplaşmasının "İrana qarşı hər hansı hücum bizə qarşı hücumdur" xəbərdarlığından sonra səsləndirilib. Dubayda keçirilən Dünya Hökumətlər Sammitində çıxış edən Navaf Salam Hizbullah lideri Şeyx Naim Qasemin ötən həftəki şərhləri ilə bağlı sualı cavablandırıb. Baş nazir kəskin şəkildə vurğulayıb ki, hökumət heç kimin ölkəni yeni bir "macəraya" sürükləməsinə əsla icazə verməyəcək.

İsrail təxminən iki illik fasilədən sonra Misir sərhədində yerləşən Rəfah sərhəd keçid məntəqəsindən cəmi 12 fələstinlinin Qəzza zolağına qayıtmasına icazə verib. 2024-cü ilin may ayından bəri ilk dəfə məhdud və ciddi nəzarət altında ikitərəfli keçid üçün açılan məntəqədən 9 qadın və 3 uşaq olmaqla 12 fələstinli keçib. Onlar Birləşmiş Millətlər Təşkilatına (BMT) məxsus avtomobillərin müşayiəti ilə Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasir xəstəxanasına çatdırılıblar.

Suriya təhlükəsizlik qüvvələri bazar ertəsi Həsəkə şəhərinə daxil olub. Bu addım SDQ-yə məxsus mülki və hərbi strukturların dövlət çərçivəsində birləşdirilməsini nəzərdə tutan razılaşmanın icrası kimi qiymətləndirilir. Şahidlərin bildirdiyinə görə, zirehli texnika və hərbi avtomobillərdən ibarət kolon şəhərə SDQ-yə məxsus təhlükəsizlik postundan keçərək daxil olub, yol kənarında toplaşan sakinlər isə Suriya bayraqları qaldırıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran Prezident Rəcəb Tayyib Ərdoğanın 3 fevral 2026-cı ildə Səudiyyə Ərəbistanına, 4 fevral 2026-cı ildə isə Misirə rəsmi səfər edəcəyini açıqlayıb. Bildirilib ki, səfərlər müvafiq ölkə rəhbərlərinin dəvəti əsasında həyata keçiriləcək.

İclas prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə prezident kompleksində – Beştəpədə keçirilib. İclasın əsas gündəm mövzusu xarici siyasət məsələləridir. Xüsusilə ABŞ ilə İran arasında artan gərginlik Nazirlər Kabinetində əsas müzakirə predmeti kimi ön plana çıxır. Məlumata görə, Ankara uzun müddətdir iki ölkə arasında mümkün qarşıdurmanın qarşısını almaq məqsədilə vasitəçilik səyləri göstərir. Bu çərçivədə prezident Ərdoğan daha əvvəl ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı apararaq tərəfləri gərginliyi azaltmağa çağırıb.

Suriya Daxili İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib ki, Mərvan əl-Əli, Həsəkə üzrə Daxili Təhlükəsizlik Komandanı, şəhərə giriş ərəfəsində bölmələrə konkret göstərişlər verib. O, təhlükəsizlik tapşırıqlarının əvvəlcədən təsdiqlənmiş planlar əsasında, qanunvericiliyə tam uyğun, ciddi intizam çərçivəsində icra edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, ictimai asayişin qorunması, vətəndaşların, eləcə də dövlət və özəl mülkiyyətin təhlükəsizliyinin təmin olunmasının prioritet olduğu qeyd edilib.

Rəfah Sərhəd Keçid Məntəqəsi atəşkəs razılaşması çərçivəsində iki istiqamətli fəaliyyətə başlayıb. Razılaşmaya əsasən, ilkin mərhələdə 150 fələstinlinin Qəzza zolağından çıxışına icazə verilib. Onun sözlərinə görə, atəşkəs razılaşmasının birinci mərhələsində keçid məntəqəsinin açılması nəzərdə tutulsa da, İsrail bu prosesi uzun müddət əsassız şəkildə gecikdirib.