Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Atəşkəs barədə deyilənlər reallığı əks etdirmir

    30 İyun 2026 19:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Atəşkəs barədə deyilənlər reallığı əks etdirmir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    Qəzza şəhərində məcburi köçkün vəziyyətində yaşayan fələstinli Mərəm Sərsavi bölgədə elan olunmuş atəşkəsə baxmayaraq, insanların həyat şəraitinin yaxşılaşmadığını bildirib.

    VOA xəbər verir ki, Mərəm Sərsavi ötən ilin oktyabr ayından qüvvədə olduğu bildirilən atəşkəsin gündəlik həyatda heç bir müsbət dəyişiklik yaratmadığını deyib.

    Onun sözlərinə görə, müharibədən sonra vəziyyət dəyişməyib, əksinə, hər ötən gün daha da ağırlaşır. Sərsavi atəşkəs barədə deyilənlərin reallığı əks etdirmədiyini iddia edib.

    Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, ötən ilin oktyabr ayında əldə olunmuş atəşkəs razılaşmasından sonra bölgədə həyata keçirilən hücumlar nəticəsində 1 053 nəfər həlak olub, 3 406 nəfər isə yaralanıb.

    Mərəm Sərsavi bildirib ki, beynəlxalq ictimaiyyətin diqqətinin Qəzzadan yayınması bölgə sakinlərini daha çox narahat edir. Onun sözlərinə görə, əsas xidmətlərə çıxışın məhdud qalması və hücumların davam etməsi insanların bu vəziyyətin uzunmüddətli olacağından ehtiyatlanmasına səbəb olur.

    Buna baxmayaraq, o, təhsilini davam etdirdiyini və gələcəyə ümidini itirmədiyini vurğulayıb.

    #Qəzza #Fələstin #Yaxın Şərq #təhsil #atəşkəs #humanitar böhran #Qəzza Səhiyyə Nazirliyi #Məcburi köçkünlər #Mərəm Sərsavi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    22 Avqust 2026 21:46

    İsrail ordusu Qəzzanın mərkəzində HƏMAS komandirini öldürdüyünü açıqlayıb

    22 Avqust 2026 19:41

    İran rəsmisi Vaşinqtonla mümkün danışıqlara ehtiyatla yanaşmağa çağırıb

    22 Avqust 2026 18:33

    Əl-Budeyvi beynəlxalq ictimaiyyəti İsrailin məskunlaşma siyasətini dayandırmağa çağırıb

    22 Avqust 2026 18:24

    Qəzzada İsrail hücumları nəticəsində 48 saatda iki fələstinli ölüb

    22 Avqust 2026 18:17

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb

    21 Avqust 2026 19:50

    Britaniya məhkəməsindən “Palestine Action” fəalları ilə bağlı mühüm qərar

    21 Avqust 2026 18:57

    ABŞ-nin iqtisadi təzyiqi Yaxın Şərqdəki münaqişəni həll etməyəcək - Çin

    21 Avqust 2026 18:43

    Türkiyədən Netanyahu barədə qırmızı bülleten tələbi: Sumud Donanması işi üzrə proses genişlənir

    21 Avqust 2026 16:21

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    ABŞ “Corc Vaşinqton” təyyarədaşıyan gəmisini Yaxın Şərqə yerləşdirib

    20 Avqust 2026 18:29
    XƏBƏR LENTİ

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.