BAKI,VOA, Fərid Mikayılov
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ Prezidenti Donald Tramp ilə əlaqələndirilən razılaşmanın İsraili bağlamadığını bəyan edib.
VOA xəbər verir ki, Ben-Qvir bu barədə sosial şəbəkədə paylaşım edib.
"Biz ABŞ-nin tabeliyində olan dövlət deyilik. Biz müstəqil və suveren ölkəyik" - deyə nazir bildirib.
O qeyd edib ki, İsrail bu razılaşmanın tərəfi deyil və sənəd ölkənin təhlükəsizliyini təmin etmədiyi üçün onu heç bir şəkildə öhdəlik altına salmır.
Ben-Qvir əlavə edib ki, Hizbullahın tamamilə zərərsizləşdirilməsindən daha az nəticə ilə razılaşmaq olmaz. O, həmçinin İsrail qüvvələrinin nəzarətə götürdüyü ərazilərdən geri çəkilməyə qarşı olduğunu vurğulayıb.
Nazirin sözlərinə görə, İsrail şimal yaşayış məntəqələrinin yaxınlığında silahlı qrupların yenidən möhkəmlənməsinə imkan verməməli və ölkəyə qarşı açılan atəşlərə cavabsız qalmamalıdır.