#İsrail hökuməti

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu yüksək qiymətləndirib. O, Netanyahunu “güclü müharibə dövrü baş naziri” adlandırıb. Tramp bildirib ki, heç bir ABŞ Prezidenti İsrail üçün onun qədər iş görməyib. O, ABŞ-nin Qüdsü İsrailin paytaxtı kimi tanımasını əsas nümunələrdən biri kimi göstərib. Tramp Netanyahu ilə sıx əməkdaşlıq etdiyini də deyib. Netanyahunun yenidən seçilməsini istəyib-istəmədiyi barədə suala isə birbaşa cavab verməyib. ABŞ Prezidenti İsrail Baş nazirinin daxili siyasəti barədə məlumatsız olduğunu bildirib. Bununla belə, Tramp Netanyahunun yaxşı iş gördüyünü düşündüyünü əlavə edib.

İsrail rəhbərliyinin son bəyanatları və hərbi addımları Fələstin torpaqlarında yeni və daha təhlükəli bir mərhələnin başladığına işarə edir. İsrail Baş naziri Benyamin Netanyahunun "Bir az çəki itirmişəm" şəklindəki istehzalı ifadəsi, əslində ölkə daxilindəki şəxsi məsuliyyətdən yayınma cəhdlərini və Qəzzada planlaşdırılan yeni hərbi-siyasi reallıqları pərdələmək məqsədi daşıyır. Bu bəyanatlar fonunda bölgədə hərbi əməliyyatların bərpası, torpaqların işğalı və məskunlaşma layihələrinin genişləndirilməsi istiqamətində ciddi hazırlıqlar aparılır.

İsrail hökumətinin işğal altındakı İordan çayının qərb sahilində məskunlaşma fəaliyyətini daha da genişləndirəcək yeni proqramı təsdiqləməyə hazırlaşdığı bildirilir. Məlumata görə, hökumət yeni yaşayış məntəqələrinin salınması və mövcud məskunlaşma məntəqələrinin infrastrukturla təmin olunması məqsədilə 1 milyard şekel, yəni təxminən 338 milyon ABŞ dolları məbləğində vəsait ayırmağı nəzərdən keçirir.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtonla münasibətlərdə müəyyən səhvlərə yol verdiyini etiraf edib. Bununla yanaşı, o, İsrail liderinin ABŞ üçün mühüm tərəfdaş olaraq qaldığını vurğulayıb. Vitse-prezident bildirib ki, ABŞ və İsrail arasında strateji tərəfdaşlıq davam etsə də, iki ölkənin maraqları hər zaman üst-üstə düşmür.

İsraildə siyasi mənzərə sürətlə dəyişir. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətə ictimai etimadın azalması, müharibənin nəticələri ətrafında davam edən müzakirələr və təhlükəsizlik sahəsində yaranan suallar ölkədə yeni siyasi fiqurların ön plana çıxmasına şərait yaradıb. Bu prosesdə diqqət mərkəzinə keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot çıxıb. Son ictimai rəy sorğuları onun gələcəkdə baş nazir postu uğrunda Netanyahuya ciddi rəqib ola biləcəyini göstərir.

İsrailin baş naziri Benyamin Netanyahunun keçmiş köməkçisi və mətbuat katibi Eli Feldşteyn 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın İsrailə hücumundan dərhal sonra baş nazirin ondan təhlükəsizlik boşluğu ilə bağlı məsuliyyətdən yayınmaq üçün plan hazırlamağı tələb etdiyini iddia edib. Onun sözlərinə görə, hücumdan sonra Netanyahudan aldığı “ilk tapşırıq” ictimaiyyət və mediada məsuliyyət məsələsinin gündəmdən çıxarılması olub. Feldşteyn bildirib ki, baş nazir mediada məsuliyyət mövzusunun müzakirə edilib-edilmədiyi ilə maraqlanıb və bu mövzuda yaranmış təzyiqin necə neytrallaşdırıla biləcəyi barədə təkliflər istəyib.

Nəşrin yazdığına görə, Qüdsdəki İcra Ofisi son günlərdə 25 milyon yeni şekeli (təxminən 7,54 milyon dollar) məbləğində vəsaiti, hücumlarda öldürülən və yaralananların ailələrini təmsil edən vəkillərin hesablarına köçürüb. Bu, İsrail Maliyyə Nazirliyində Fələstin Administrasiyasına məxsus vəsaitlər üzərinə qoyulan həbs qərarı əsasında həyata keçirilib.