Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail müxalifəti İranla atəşkəs barəsində nə düşünür?

    8 Aprel 2026 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail müxalifəti İranla atəşkəs barəsində nə düşünür?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    İsrail müxalifətinin lideri Yair Lapid çərşənbə günü İranla əldə olunan atəşkəs razılaşmasını kəskin tənqid edərək, bunu "görünməmiş siyasi fəlakət" adlandırıb. Lapid Baş nazir Benyamin Netanyahunu müharibənin hədəflərinə çatmaqda uğursuzluğa düçar olmaqda ittiham edib.

    VOA xəbər verir ki, Lapid "X" (keçmiş Twitter) hesabında paylaşdığı bəyanatda İsrailin strateji maraqlarının kənarda qaldığını vurğulayıb.

    "Tariximizdə heç vaxt belə bir siyasi fəlakət baş verməyib. Milli təhlükəsizliyimizin mahiyyətinə aid qərarlar qəbul edilərkən İsrail hətta danışıqlar masasına yaxın belə buraxılmayıb. Ordu ona tapşırılan hər şeyi yerinə yetirdi, xalq inanılmaz möhkəmlik nümayiş etdirdi, lakin Netanyahu siyasi və strateji cəhətdən uğursuzluğa düçar oldu; o, qarşıya qoyduğu hədəflərin heç birinə çatmadı."-deyə o qeyd edib.

    İsrail hökuməti rəsmən bildirib ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı zərbələri iki həftə müddətinə dayandırmaq qərarını dəstəkləyir. Lakin Təl-Əviv bu razılaşmanın Livanı əhatə etmədiyini qəti şəkildə vurğulayıb.

    “İran Hörmüz boğazını dərhal açmalı, ABŞ, İsrail və region ölkələrinə qarşı bütün hücumları dayandırmalıdır.İsrail ABŞ-ın İranın nüvə, raket və terror təhdidinin aradan qaldırılması səylərini dəstəkləyir.”-deyə Netanyahunun ofisindən verilən bəyanatda deyilib.

    #Donald Tramp #Yair Lapid #İsrail və İran gərginliyi #Trampın siyasətləri #Trampın iddiaları #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #Twitter
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    31 Avqust 2026 19:38

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    31 Avqust 2026 18:39

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    31 Avqust 2026 18:29

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    31 Avqust 2026 12:14

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    31 Avqust 2026 11:54

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    Trampın Venesuela açıqlaması - ABŞ neft ehtiyatlarını ikiqat artıra bilərmi?

    29 Avqust 2026 10:19
    XƏBƏR LENTİ

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.