BAKI,VOA, Fərid Mikayılov
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində beynəlxalq hava limanı yaxınlığında dron hücumu qeydə alınıb.
VOA xəbər verir ki, rəsmi məlumatlara görə, hadisə zamanı iki İran dronu Dubay Beynəlxalq Hava Limanı yaxınlığına düşüb.
Dubay Media Ofisinin açıqlamasına əsasən, hücum nəticəsində 4 nəfər yaralanıb. Yaralananlar arasında iki Qana vətəndaşı və bir Banqladeş vətəndaşı yüngül xəsarət, bir Hindistan vətəndaşı isə orta ağır xəsarət alıb.
Bildirilib ki, hadisəyə baxmayaraq Dubay Beynəlxalq Hava Limanında uçuşlar dayandırılmayıb və normal rejimdə davam edir.
Hadisə ilə bağlı əlavə araşdırmalar aparıldığı qeyd olunur.