Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    ABŞ və İran Cenevrədə nüvə danışıqlarının üçüncü mərhələsini keçirib

    26 Fevral 2026 23:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ və İran Cenevrədə nüvə danışıqlarının üçüncü mərhələsini keçirib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, VOA, Orxan Qədirzadə

    ABŞ və İran arasında növbəti nüvə danışıqları İsveçrənin Cenevrə şəhərində baş tutub.

    VOA xəbər verir ki, ABŞ və İran nümayəndə heyətləri Cenevrədə nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundunu keçiriblər. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramını məhdudlaşdıracaq razılaşmanın əldə olunmasında maraqlıdır və hazırkı vəziyyəti diplomatik irəliləyiş üçün fürsət kimi dəyərləndirir.

    Bildirilib ki, ötən ilin iyun ayında ABŞ-ın İrandakı üç nüvə obyektinə zərbə endirməsindən sonra Tehran nüvə proqramını davam etdirmək niyyətində olduğunu bəyan edib və uranın zənginləşdirilməsini dayandırmayacağını açıqlayıb.

    Danışıqlar fonunda ABŞ-ın Yaxın Şərqə hərbi təyyarələr və hərbi gəmilər cəlb etdiyi qeyd olunur. Bu addımın Tehrana təzyiq vasitəsi kimi qiymətləndirildiyi bildirilir.

    İran tərəfi isə mümkün hərbi əməliyyat baş verəcəyi təqdirdə Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarının hədəf ola biləcəyini bəyan edib. Rəsmi Tehran İsrailə qarşı da cavab tədbirlərinin mümkünlüyünü istisna etməyib ki, bu da regionda genişmiqyaslı qarşıdurma riskini artırır.

    İranın xarici işlər naziri Abbas Əraqçi Hindistan mediasına müsahibəsində bildirib ki, belə bir müharibədə heç bir tərəf qalib olmayacaq və bu, region üçün dağıdıcı nəticələr doğura bilər. Onun sözlərinə görə, ABŞ bazalarının region boyunca səpələnməsi qarşıdurma halında bütün Yaxın Şərqin münaqişəyə cəlb olunması riskini yaradır.

    Omanın Xarici İşlər Nazirliyi isə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkof və Donald Trampın kürəkəni Cared Kuşnerin Oman xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşünə dair məlumat yayıb. Görüşün Cenevrədə, Oman diplomatik nümayəndəliyinin iqamətgahında keçirildiyi bildirilir.

    Məlumata görə, Abbas Əraqçi də Cenevrəyə səfəri çərçivəsində Bədr əl-Busaidi ilə görüşüb. Oman tərəfi əvvəlki raundlarda razılaşdırılmış prinsiplər əsasında İranın təqdim edəcəyi təkliflərin müzakirə olunduğunu açıqlayıb. Bildirilir ki, Oman XİN rəhbəri İranın mövqeyini ABŞ tərəfinə çatdıracaq.

    #ABŞ və İran Cenevrədə nüvə danışıqlarını davam etdirir #Üçüncü raund diplomatiya üçün son şans kimi qiymətləndirilir #Cenevrədə İran–ABŞ görüşü keçirildi #Regionda hərbi eskalasiya riski artır #İran ABŞ bazalarını hədəf ala biləcəyini bildirib #Nüvə razılaşması üzrə yeni təkliflər müzakirə olunur #ABD ile İran Cenevre’de nükleer görüşmeler yaptı #Üçüncü tur diplomasi için son şans #Bölgesel savaş riski gündemde #İran ABD üslerini hedef alabileceğini açıkladı #Cenevre’de kritik temaslar #Nükleer anlaşma için yeni öneriler
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraq Bağdadda pilotsuz uçuş aparatlarının hazırlanması cəhdinin qarşısını alıb

    28 Avqust 2026 21:05

    İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir

    28 Avqust 2026 19:06

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    İsrail oktyabr seçkilərinə görə Livanla danışıqları uzatmağa çalışır

    28 Avqust 2026 18:12

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    Suriyada məhkəmə binası qarşısında partlayış - 2 nəfər ölüb

    28 Avqust 2026 14:37

    Qüdsdə rahibəyə hücum edən israilli məskun niyə bəraət aldı?

    28 Avqust 2026 10:52

    İsrail İordan çayının qərb sahilini necə dəyişdirir?

    28 Avqust 2026 09:00

    Əhməd Əş-Şəraa Məzlum Abdini prezidentin müşaviri təyin edib

    28 Avqust 2026 07:36

    İsrail ordusu Sinvarın şəxsi mühafizəçisinin zərərsizləşdirildiyini açıqlayıb

    27 Avqust 2026 21:26
    XƏBƏR LENTİ

    İranla maliyyə əlaqələrini davam etdirən banklar cavab verəcək - Skott Bessent

    ABŞ Yaxın Şərqdə 50 mindən çox hərbçi saxlayır

    İraq Bağdadda pilotsuz uçuş aparatlarının hazırlanması cəhdinin qarşısını alıb

    Livanın cənubunda bir həftədə 1030 mərmi uçuşu qeydə alınıb - BMT

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    İran xalqı Minab məktəbinə hücumu heç vaxt unutmayacaq və bağışlamayacaq - Abbas Əraqçi

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    Vaşinqton Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini iddia edir

    ABŞ-nin İrana qarşı dəniz mühasirəsi tam qüvvəsi ilə davam edir - Ağ Ev

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.