Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qətər Livan iqtisadiyyatına yüz milyonlarla dollar sərmayə ayıracaq

    26 Yanvar 2026 20:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qətər Livan iqtisadiyyatına yüz milyonlarla dollar sərmayə ayıracaq
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Qətər hökuməti Livanda elektrik enerjisi sektorunun bərpası, Livan Silahlı Qüvvələrinə dəstəyin davam etdirilməsi və suriyalı qaçqınların geri qayıdışının təşviqi məqsədilə yüz milyonlarla dollar həcmində sərmayə yatıracağını açıqlayıb.

    AzerVoice xəbər verir ki, Qətərin xarici işlər üzrə dövlət naziri Məhəmməd bin Əbdüləziz əl-Xülayfi Beyrutda Livanın baş naziri Nəvaf Salam və prezident Cozef Aun ilə keçirdiyi görüşlərdən sonra bu barədə məlumat verib. Sərmayələr Qətərin İnkişaf Fondu vasitəsilə həyata keçiriləcək.

    Nazirin sözlərinə görə, Qətər Livanın elektrik sektoruna 40 milyon dollar qrant, əlavə olaraq isə 360 milyon dollar dəyərində layihə sərmayəsi ayıracaq. Bu layihələrin təxminən 1,5 milyon nəfərin həyat şəraitinə birbaşa müsbət təsir göstərəcəyi bildirilir.

    Qətər rəsmisi həmçinin qeyd edib ki, ölkəsi Livandan Suriyaya qaçqınların geri qayıdışına da dəstək verəcək. İlkin mərhələdə 100 min nəfərin geri dönüşü planlaşdırılır və bu proses üçün 20 milyon dollar ayrılacaq. Geri qayıdan qaçqınların yaşayışla təmin ediləcəyi, həmçinin ilk üç ay ərzində ərzaq və dərman xərclərinin qarşılanacağı vurğulanıb. Suriya hökumətinin bu prosesə yardım göstərəcəyi də bildirilib.

    Livanın sosial məsələlər naziri Hənən Seyid isə daha əvvəl 2025-ci ildə 500 min suriyalı qaçqının ölkələrinə qayıtdığını açıqlamışdı.

    Qətər tərəfi eyni zamanda Livan ordusuna dəstəyin davam etdiriləcəyini bəyan edib. Əl-Xülayfi bildirib ki, Doha Livan Silahlı Qüvvələrini ölkədə təhlükəsizlik və sabitliyin əsas dayağı hesab edir.

    #Katar #Qətər Livanın enerji sektoruna yüz milyonlarla dollar sərmayə yatırır #Qətərdən Livana genişmiqyaslı maliyyə dəstəyi #Livanın elektrik böhranına Qətərdən milyardlıq çıxış #Qətər Livan ordusuna və qaçqınların qayıdışına dəstək verir #Qətər-Livan əməkdaşlığında yeni mərhələ #Qətər Livanın bərpası üçün böyük investisiya planı açıqladı #Katar’dan Lübnan’a yüz milyonlarca dolarlık yatırım #Katar Lübnan’ın elektrik sektörüne destek veriyor #Katar’dan Lübnan ordusuna ve mültecilere destek #Katar-Lübnan iş birliğinde yeni dönem #Katar Lübnan ekonomisine güçlü finansman sağlıyor #Lübnan’daki krize çözüm için dev yatırım açıkladı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ “Fələstin Fəaliyyəti” qərarı ilə tənqidçiləri susdurmağa çalışır - BMT

    26 Avqust 2026 21:03

    ABŞ “Fələstin Fəaliyyəti” hərəkatına sanksiya tətbiq edib

    26 Avqust 2026 20:24

    İsrail qüvvələri Livanın cənubuna yeni hücumlar həyata keçirib

    26 Avqust 2026 18:26

    İraqın hava qalxanının qurulmasına start verildi - ölkə səmasını kim qoruyacaq?

    26 Avqust 2026 17:03

    Livan prezidenti müharibədən qaçmaq üçün danışıqları yeganə yol sayır

    26 Avqust 2026 17:00

    İraqda yarımçıq qalan layihələrə 20 trilyon dinar ayrılır

    26 Avqust 2026 16:47

    Qəzzada kağız çərpələnglər gərginlik mövzusuna çevrildi

    26 Avqust 2026 11:02

    İsrail Livanda dörd bölgəyə hücum etdi

    26 Avqust 2026 09:56

    ABŞ SDQ-nin buraxılmasını tarixi hadisə adlandırdı

    26 Avqust 2026 09:42

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    25 Avqust 2026 22:31

    Səudiyyə Yəməndə mina təmizləmə əməliyyatları aparır - 1 836 partlayıcı zərərsizləşdirildi

    25 Avqust 2026 22:22

    Qətər İsrailin Rəfah keçidinə maneələrini siyasi şantaj adlandırıb

    6 Yanvar 2026 19:42
    XƏBƏR LENTİ

    Qətərin Baş naziri gərginliyin azaldılması üçün Tehrana səfər edəcək

    Körfəz ölkələri İranla müharibənin uzanacağını düşünür

    Anthropic hesablama gücü üçün 45 milyard dollar xərcləyəcək

    Səmərqənd və Buxaranın xəzinələri Qətərdə nümayiş oluancaq

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    Şarja və Cənubi Koreya işgüzar qadınları Seulda əməkdaşlıq sazişi imzalayıb

    Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib

    “Apple” yeni “iPhone” təqdimatının tarixini açıqlayıb

    ABŞ “Fələstin Fəaliyyəti” qərarı ilə tənqidçiləri susdurmağa çalışır - BMT

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.