#Livanın elektrik böhranına Qətərdən milyardlıq çıxış

Qətər hökuməti Livanda elektrik enerjisi sektorunun bərpası, Livan Silahlı Qüvvələrinə dəstəyin davam etdirilməsi və suriyalı qaçqınların geri qayıdışının təşviqi məqsədilə yüz milyonlarla dollar həcmində sərmayə yatıracağını açıqlayıb. Qətərin xarici işlər üzrə dövlət naziri Məhəmməd bin Əbdüləziz əl-Xülayfi Beyrutda Livanın baş naziri Nəvaf Salam və prezident Cozef Aun ilə keçirdiyi görüşlərdən sonra bu barədə məlumat verib. Sərmayələr Qətərin İnkişaf Fondu vasitəsilə həyata keçiriləcək.