Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qətər İsrailin Rəfah keçidinə maneələrini siyasi şantaj adlandırıb

    6 Yanvar 2026 19:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qətər İsrailin Rəfah keçidinə maneələrini siyasi şantaj adlandırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Qətər İsrailin Qəzza zolağındakı Rəfah sərhəd-keçid məntəqəsinin açılmasına maneələr yaratmasını kəskin tənqid edib və humanitar yardımın siyasi təzyiq alətinə çevrilməsinin yolverilməz olduğunu bəyan edib.

    AzerVoice xəbər verir ki, Qətərin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Doha mühasirədə olan Qəzzaya humanitar yardımın çatdırılması və Rəfah keçidinin yenidən açılması üçün vasitəçilərlə fəal danışıqlar aparır. Nazirliyin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bu barədə mətbuat konfransında məlumat verib.

    Onun sözlərinə görə, hazırda əlaqələr davam edir, lakin proses bir sıra mürəkkəbliklərlə üzləşib. əl-Ənsari bildirib ki, Qətər Qəzzada atəşkəsin ikinci mərhələsinə keçidin təmin olunması üçün vasitəçilərlə işləyir və humanitar yardımın siyasi şantaj vasitəsi kimi istifadəsinə qəti etiraz edir.

    Açıqlama İsrail mediasında yayılan xəbərlər fonunda səsləndirilib. Bildirilir ki, İsrail və ABŞ Qəzzada saxlanıldığı iddia edilən son israilli girovun cəsədi tapılıb İsrailə təhvil verilməyənədək Rəfah keçidinin yenidən açılmasından imtina etməyi müzakirə edə bilər.

    Qeyd edək ki, Rəfah keçidinin açılması 10 oktyabrda qüvvəyə minmiş atəşkəs razılaşmasının birinci mərhələsinin əsas şərtlərindən biri olub. Lakin humanitar təşkilatların bildirdiyinə görə, İsrailin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən keçid hələ də bağlı qalır ki, bu da razılaşmanın pozulması kimi qiymətləndirilir.

    Rəfah keçidi uzun müddət Qəzza zolağının xarici dünya ilə yeganə əlaqə nöqtəsi olub. 2024-cü ilin may ayında İsrail ordusu keçidin Fələstin tərəfini nəzarətə götürdükdən sonra məntəqə faktiki olaraq bağlanıb.

    İsrailin dövlət yayımçısı Kan son olaraq ABŞ Prezidenti Donald Trumpin təzyiqlərindən sonra keçidin hər iki istiqamətdə açılmasına hazırlıq görüldüyünü iddia edib.

    #Qətər İsrailin Rəfah keçidinə maneələrini siyasi şantaj adlandırıb #Qətər Qəzzaya humanitar yardımın qarşısının alınmasını pisləyib #Rəfah keçidi ətrafında gərginlik: Qətər İsraili tənqid edib #Doha Qəzza üçün atəşkəsin ikinci mərhələsinə çağırır #Qətər Rəfah keçidinin açılması üçün vasitəçilərlə danışıqları davam etdirir #Katar #İsrail’in Refah Sınır Kapısı engellerini siyasi şantaj olarak niteledi #Katar’dan Refah geçidi açıklaması: insani yardım engellenmemeli #Refah Kapısı krizi: Katar İsrail’i eleştirdi #Gazze ateşkesinin ikinci aşaması için çağrıda bulundu #Katar Refah geçidinin yeniden açılması için temaslarını sürdürüyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ “Fələstin Fəaliyyəti” qərarı ilə tənqidçiləri susdurmağa çalışır - BMT

    26 Avqust 2026 21:03

    ABŞ “Fələstin Fəaliyyəti” hərəkatına sanksiya tətbiq edib

    26 Avqust 2026 20:24

    İsrail qüvvələri Livanın cənubuna yeni hücumlar həyata keçirib

    26 Avqust 2026 18:26

    İraqın hava qalxanının qurulmasına start verildi - ölkə səmasını kim qoruyacaq?

    26 Avqust 2026 17:03

    Livan prezidenti müharibədən qaçmaq üçün danışıqları yeganə yol sayır

    26 Avqust 2026 17:00

    İraqda yarımçıq qalan layihələrə 20 trilyon dinar ayrılır

    26 Avqust 2026 16:47

    Qəzzada kağız çərpələnglər gərginlik mövzusuna çevrildi

    26 Avqust 2026 11:02

    İsrail Livanda dörd bölgəyə hücum etdi

    26 Avqust 2026 09:56

    ABŞ SDQ-nin buraxılmasını tarixi hadisə adlandırdı

    26 Avqust 2026 09:42

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    25 Avqust 2026 22:31

    Səudiyyə Yəməndə mina təmizləmə əməliyyatları aparır - 1 836 partlayıcı zərərsizləşdirildi

    25 Avqust 2026 22:22

    Qətər Livan iqtisadiyyatına yüz milyonlarla dollar sərmayə ayıracaq

    26 Yanvar 2026 20:57
    XƏBƏR LENTİ

    Qətərin Baş naziri gərginliyin azaldılması üçün Tehrana səfər edəcək

    Körfəz ölkələri İranla müharibənin uzanacağını düşünür

    Anthropic hesablama gücü üçün 45 milyard dollar xərcləyəcək

    Səmərqənd və Buxaranın xəzinələri Qətərdə nümayiş oluancaq

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    Şarja və Cənubi Koreya işgüzar qadınları Seulda əməkdaşlıq sazişi imzalayıb

    Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib

    “Apple” yeni “iPhone” təqdimatının tarixini açıqlayıb

    ABŞ “Fələstin Fəaliyyəti” qərarı ilə tənqidçiləri susdurmağa çalışır - BMT

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.