Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Netanyahu Beynəlxalq Sabitlik Qüvvəsində Türkiyə və Qətərin iştirakına etiraz edib

    19 Yanvar 2026 21:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Netanyahu Beynəlxalq Sabitlik Qüvvəsində Türkiyə və Qətərin iştirakına etiraz edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın təşəbbüsü ilə irəli sürülən Qəzza barış planı çərçivəsində Türkiyə və Qətər hərbçilərinin bölgədə yerləşdirilməsinə qarşı çıxıb.

    AzerVoice xəbər verir ki, Netanyahu İsrail parlamentində keçirilən xüsusi iclasda çıxışı zamanı Qəzza zolağında təhlükəsizliyin təmin edilməsi üçün yaradılması nəzərdə tutulan Beynəlxalq Sabitlik Qüvvəsində Türkiyə və Qətər ordularının iştirakına icazə verilməyəcəyini iddia edib. Onun sözlərinə görə, sözügedən qüvvəyə ABŞ-li general-mayor Cəsper Ceffersin komandanlıq edəcəyi planlaşdırılır.

    Netanyahu bildirib ki, Qəzzanın idarə olunması məqsədilə yaradılan Qəzza İdarəetmə Şurası və Qəzza İdarəetmə Milli Komitəsi ilə bağlı Vaşinqton administrasiyası ilə fikir ayrılıqları mövcuddur. O, bu məsələnin ABŞ-dakı tərəfdaşlarla müzakirə edildiyini deyib.

    İsrail mətbuatı isə Baş nazirin açıqlamalarının reallığı tam əks etdirmədiyini yazır. “Haaretz” qəzetinə danışan məlumatlı mənbə, Qəzza İdarəetmə Şurasının strukturunun Netanyahuya əvvəlcədən məlum olduğunu və bu çıxışın daha çox daxili ictimaiyyətə hesablanmış siyasi gediş olduğunu bildirib.

    Qeyd edək ki, İsrail Baş nazirlik Ofisi yanvarın 17-də ABŞ tərəfindən elan edilən Qəzza İdarəetmə Şurasının Tel-Əvivlə məsləhətləşmədən formalaşdırıldığını iddia etmişdi. Netanyahu bu məsələyə görə xarici işlər naziri Gideon Saar-a ABŞ dövlət katibi Marko Rubio ilə əlaqə saxlaması barədə göstəriş verdiyi də bildirilir.

    Yerli mediada yayılan məlumatlara əsasən, Qəzza İdarəetmə Şurasında Türkiyənin xarici işlər naziri Hakan Fidanın yer alması İsrail rəhbərliyində narazılıq doğurub. Şurada ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff, Cared Kuşner, Qətərli diplomat Əli əl-Tavadi, Misirdən general Həsən Rəşad, Toni Bleyer, Marc Rouen, BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Reem əl-Haşimi, Nikolay Mladenov, Yakir Qabay və BMT-nin Yaxın Şərq üzrə xüsusi koordinatoru Sigrid Kaag da yer alır.

    Netanyahu çıxışında İranla bağlı hədələrini də təkrarlayıb. O, Tehranın İsrailə mümkün hücumu halında “misli görünməmiş güclə” cavab veriləcəyini bildirib. Baş nazirin sözlərinə görə, İranda baş verən proseslər region üçün yeni mərhələnin başlanğıcı ola bilər.

    #Netanyahu Türkiyənin Qəzzadakı roluna qarşı çıxdı #İsrail Baş naziri Türkiyə və Qətər barədə qalmaqallı iddia irəli sürdü #Qəzza planı ətrafında gərginlik: Netanyahu Türkiyəni hədəf aldı #Netanyahu: Qəzzada türk hərbçilərinə icazə verilməyəcək #İsrail–ABŞ arasında Qəzza İdarəetmə Şurası böhranı #Netanyahu İrana qarşı yeni hədələr səsləndirdi #Netanyahu’dan Türkiye’ye tepki: Gazze’de Türk askeri olmayacak #İsrail Başbakanı Netanyahu’dan skandal Türkiye açıklaması #Gazze planında kriz: Netanyahu Türkiye ve Katar’ı hedef aldı #Netanyahu: Uluslararası Güç’te Türk askerine izin yok #İsrail-ABD arasında Gazze Yönetim Kurulu gerilimi #Netanyahu İran’a yönelik tehditlerini yineledi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əsəd rejiminin daha iki yüksək rütbəli zabiti saxlanıldı

    27 Avqust 2026 10:06

    İsrailin Livana zərbələri davam edir

    27 Avqust 2026 09:42

    Netanyahu üçün həyəcan siqnalı - Likud seçkilərdə məğlub ola bilər

    27 Avqust 2026 09:37

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    27 Avqust 2026 07:39

    12 milyard dollarlıq sirr - Suriyanın dövlət ehtiyatı Hafiz Əsədin adına olub?

    27 Avqust 2026 06:00

    ABŞ “Fələstin Fəaliyyəti” qərarı ilə tənqidçiləri susdurmağa çalışır - BMT

    26 Avqust 2026 21:03

    ABŞ “Fələstin Fəaliyyəti” hərəkatına sanksiya tətbiq edib

    26 Avqust 2026 20:24

    İsrail qüvvələri Livanın cənubuna yeni hücumlar həyata keçirib

    26 Avqust 2026 18:26

    İraqın hava qalxanının qurulmasına start verildi - ölkə səmasını kim qoruyacaq?

    26 Avqust 2026 17:03

    Livan prezidenti müharibədən qaçmaq üçün danışıqları yeganə yol sayır

    26 Avqust 2026 17:00

    İraqda yarımçıq qalan layihələrə 20 trilyon dinar ayrılır

    26 Avqust 2026 16:47

    Qəzzada kağız çərpələnglər gərginlik mövzusuna çevrildi

    26 Avqust 2026 11:02
    XƏBƏR LENTİ

    Rusiyada “Ozon”un iki logistika mərkəzinə PUA hücumu edilib

    Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

    Küveyt qapılarını xarici biznesə açır - Azərbaycan şirkətləri və investorları üçün yaranan fürsətlər hansılardır?

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

    İran Prezidenti region ölkələrinə təhlükəsizlik çağırışı edib

    Qətərin Baş naziri Tehrana gedir

    Kolumbiya narkotik qaçaqmalçıları üçün üzən həbsxanalar hazırlayacaq

    11 sentyabrın əsas şübhəlisi nə vaxt mühakimə olunacaq?

    İran rejiminingələcək ssenariləri - Məzhəbçilik, silahlı qruplar və qapalı ideologiya

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.