#Qətər Rəfah keçidinin açılması üçün vasitəçilərlə danışıqları davam etdirir

Qətər İsrailin Qəzza zolağındakı Rəfah sərhəd-keçid məntəqəsinin açılmasına maneələr yaratmasını kəskin tənqid edib və humanitar yardımın siyasi təzyiq alətinə çevrilməsinin yolverilməz olduğunu bəyan edib. Qətərin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Doha mühasirədə olan Qəzzaya humanitar yardımın çatdırılması və Rəfah keçidinin yenidən açılması üçün vasitəçilərlə fəal danışıqlar aparır. Nazirliyin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bu barədə mətbuat konfransında məlumat verib.