Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Livanın cənubunda sülhməramlıların yaxınlığına atəş açılıb - UNIFIL

    3 Yanvar 2026 09:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Livanın cənubunda sülhməramlıların yaxınlığına atəş açılıb - UNIFIL
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL) Livanın cənubunda patrul xidməti həyata keçirən sülhməramlıların yerləşdiyi mövqelərin yaxınlığına iki dəfə atəş açıldığını açıqlayıb. UNIFIL hücumun mənbəyinin ehtimal ki, İsrail ordusu olduğunu bildirib.

    AzerVoice xəbər verir ki, UNIFIL mövzu ilə bağlı ABŞ mərkəzli “X” sosial media platforması üzərindən yazılı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, bu gün Livanın cənubundakı Nəbatiyyə vilayətinin Kəfər Şuba qəsəbəsində rutin patrul xidməti yerinə yetirən sülhməramlıların təxminən 50 metr yaxınlığına yüngül silahlardan atəş açılıb.

    Hadisədən təxminən 20 dəqiqə sonra isə eyni ərazidə xidmət aparan digər UNIFIL patrulunun da təxminən 50 metr yaxınlığına bu dəfə pulemyotlardan atəş açıldığı bildirilib. Hər iki insident zamanı sülhməramlıların xəsarət almadığı vurğulanıb.

    Açıqlamada hücumların mənbəyinin böyük ehtimalla sərhəd xəttinin cənubunda yerləşən İsrail ordusuna məxsus mövqedən həyata keçirildiyi qeyd olunub. Eyni zamanda UNIFIL-in mövcud prosedurlara uyğun olaraq bölgədəki fəaliyyətləri barədə İsrail ordusunu əvvəlcədən məlumatlandırdığı bildirilib.

    UNIFIL son dövrlərdə bu cür hadisələrin artmasının narahatlıq doğurduğunu qeyd edərək, sülhməramlılara qarşı və ya onların yaxınlığında baş verən hücumların BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin “ciddi şəkildə pozulması” olduğunu vurğulayıb. Qurum İsraili sülhməramlılara qarşı hücumları və aqressiv davranışları dayandırmağa çağırıb.

    Qeyd edək ki, İsrail ordusu ötən ilin noyabr və dekabr aylarında da UNIFIL qüvvələrini tank atəşi ilə hədəf almışdı.

    Xatırladaq ki, Livanda vətəndaş müharibəsinin başlamasından sonra İsrail 1978-ci ildə Livan ərazisinə daxil olaraq Cənubi Livanı işğal edib. Həmin il BMT Təhlükəsizlik Şurası İsraili qüvvələrini Livandan çıxarmağa çağırıb.

    BMT Təhlükəsizlik Şurası Livanın müraciəti əsasında 19 mart 1978-ci ildə UNIFIL-i yaradaraq İsrail qüvvələrinin geri çəkilməsinə nəzarət etmək, bölgədə sülh və təhlükəsizliyi bərpa etmək və Livan hökumətinin ölkənin cənubunda suverenliyini yenidən təmin etməsinə dəstək verməyi qarşıya məqsəd qoyub.

    BMT TŞ 11 avqust 2006-cı ildə Livanla İsrail arasında 12 iyulda başlayan müharibəyə son qoyulmasını nəzərdə tutan 1701 saylı qətnaməni yekdilliklə qəbul edib. Sözügedən qətnamə İsrailin Mavi Xəttin arxasına çəkilməsini, Mavi Xətt ilə Livandakı Litani çayı arasındakı bölgənin silahsızlaşdırılmasını və bu ərazidə yalnız Livan ordusu ilə UNIFIL-ə məxsus silah və hərbi texnikanın yerləşdirilməsini nəzərdə tutur.

    #Livan #Livan ordusu #İsrail və Livan münaqişəsi #Livanın cənubu #İsrail-Livan sərhədi #Livan siyasəti 2025 #UNIFIL zabitlərinə hücum #BMT UNIFIL mandatı #UNIFIL sülhməramlı qüvvələri #Livanın cənubu UNIFIL #UNIFIL fəaliyyəti #UNIFIL-in Livandakı fəaliyyəti #BMT-nin Livandakı müvəqqəti qüvvələri (UNIFIL) #Livan Sülh Qüvvələri (UNIFIL) #UNIFIL sonrası mərhələ üçün yeni təhlükəsizlik planı qiymətləndirilir #UNIFIL
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    3 Sentyabr 2026 22:29

    İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib

    3 Sentyabr 2026 18:44

    Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

    3 Sentyabr 2026 18:19

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    1 Sentyabr 2026 21:24

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    1 Sentyabr 2026 20:46

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    30 Avqust 2026 03:00

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22

    İsrail qüvvələrinin Livanın cənubunda yanğınlar törətdiyi bildirilir

    29 Avqust 2026 18:08

    İsrailin mövqeyi Cənubi Livanda həll prosesini dalana dirəyir

    29 Avqust 2026 12:06
    XƏBƏR LENTİ

    Day.Az informasiya portalının 23 yaşı tamam olur

    Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?

    519 at güclü 2026 Cadillac Optiq-V sınaqdan keçdi

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.