Birləşmiş Millətlər Təşkilatı (BMT) Livan ilə İsrail arasında davam edən atəşkəs rejiminə baxmayaraq, bölgədə gərginliyin ciddi şəkildə artdığını və İsrail tərəfindən açılan atəş sayının rekord həddə çatdığını bəyan edib. BMT Baş katibinin sözçüsü Stefan Düjarrik UNIFIL hesabatlarına istinadən bildirib ki, cəmi bir gün ərzində İsrail qüvvələrinin operativ nəzarətində olan ərazidən Livanın şimalına doğru 299 atəş açılıb. Bu göstərici atəşkəs razılaşması qüvvəyə mindiyi gündən bəri qeydə alınan ən yüksək rəqəmlərdən biridir.
#BMT UNIFIL mandatı
İspaniya hökuməti İsrail ordusunun Livanda BMT-nin sülhməramlı qüvvələrinin (UNIFIL) tərkibində xidmət edən ispan əsgərini qısamüddətli saxlamasına etiraz olaraq İsrailin Madriddəki ən yüksək rütbəli diplomatını (işlər vəkilini) Xarici İşlər Nazirliyinə çağırıb.
Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL) Livanın cənubunda patrul xidməti həyata keçirən sülhməramlıların yerləşdiyi mövqelərin yaxınlığına iki dəfə atəş açıldığını açıqlayıb. UNIFIL hücumun mənbəyinin ehtimal ki, İsrail ordusu olduğunu bildirib. UNIFIL mövzu ilə bağlı ABŞ mərkəzli “X” sosial media platforması üzərindən yazılı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, bu gün Livanın cənubundakı Nəbatiyyə vilayətinin Kəfər Şuba qəsəbəsində rutin patrul xidməti yerinə yetirən sülhməramlıların təxminən 50 metr yaxınlığına yüngül silahlardan atəş açılıb.
Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülhməramlı Qüvvəsi (UNIFIL) İsrail ordusunun Livanın cənubunda sərhəd xətti kimi tanınan “Mavi Xətt” yaxınlığında iki ayrı bölgədə patrul xidməti aparan sülhməramlı əsgərlərin olduğu nöqtələrin yaxınlığına atəş açdığını bildirib. UNIFIL mövzu ilə bağlı ABŞ mərkəzli X şirkətinə məxsus sosial media platformasında yazılı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, Livanın cənubundakı Bastara kəndində səhər saatlarında patrul xidməti həyata keçirən UNIFIL əsgərlərinin olduğu nöqtənin yaxınlığına İsrail hərbçiləri tərəfindən ağır silahlarla atəş açılıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Sülhməramlı Qüvvələri (UNIFIL) bəyan edib ki, İsrail ordusunun dünən Livanın cənub bölgələrinə endirdiyi hava zərbələri BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin pozulmasıdır. UNIFIL-in yaydığı yazılı açıqlamada bildirilib ki, İsrail qüvvələri Livanın cənubunda yerləşən Caba, Mahruna, Baraşit və əl-Məcədil yaşayış məntəqələrinə hava hücumları həyata keçirib.
İsrailin BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrinə (UNIFIL) hücumunun beynəlxalq ictimaiyyətin iradəsinə meydan oxuma olduğunu bildirən Livan Prezidenti Cozef Avn, bu hücumu qınayıb. Livan Prezidentliyindən yayılan yazılı açıqlamaya görə, Avn, İsrailin UNIFIL üzvlərinə Livanın cənubundakı vəzifələri zamanı hücumundan sonra UNIFIL Missiyasının rəhbəri və komandiri Diodato Abagnara ilə telefonla danışıb. Görüşdə Avn, Diodatoya İsrail ordusunun UNIFIL-ə qarşı hücumunu qınadığını bildirib. Livanın cənubundakı İsrail işğalının sona çatdırılması və Livanlı məhbusların qaytarılması ilə bağlı beynəlxalq çağırışları və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini xatırladan Avn, İsrailin bu çağırışları görməzlikdən gəldiyini və beynəlxalq ictimaiyyətin iradəsinə meydan oxumağa davam etdiyini vurğulayıb.
BMT Təhlükəsizlik Şurası cümə axşamı günü Livanın cənubundakı sülhməramlı qüvvələrin (UNIFIL) mandatını sonuncu dəfə uzadaraq, 2027-ci ildə onların mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan proqram qəbul edib. Bu qərar İsrail və ABŞ-ın tələbi əsasında gündəmə gətirilib. “UNIFIL-in mandatı sonuncu dəfə 31 dekabr 2026-cı ilədək uzadılır və həmin tarixdən etibarən bir il ərzində tədricən, əlaqələndirilmiş və təhlükəsiz şəkildə çıxarılma prosesinə başlanacaq”, - Şuranın yekdilliklə qəbul etdiyi qətnamədə bildirilib.