#Livan Sülh Qüvvələri (UNIFIL)

İndoneziya hökuməti şənbə günü verdiyi bəyanatda Livanda üç sülhməramlısının yaralanması ilə nəticələnən partlayışı kəskin şəkildə pisləyib. Bu hadisə bir neçə gün əvvəl eyni ölkədən olan üç "mavi dəbilqəli" əsgərin həlak olmasından dərhal sonraya təsadüf edir. Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) cümə günü günortan saatlarında Adaisseh yaxınlığındakı BMT obyektində baş verən partlayış nəticəsində üç sülhməramlının yaralandığını bildirib. Yaralılardan ikisinin vəziyyəti ağırdır. Cakartadakı BMT İnformasiya Mərkəzi partlayışın mənbəyinin hələlik məlum olmadığını, lakin yaralıların İndoneziya vətəndaşları olduğunu təsdiqləyib.

İsrail ordusu çərşənbə axşamı günü verdiyi rəsmi bəyanatda Cənubi Livanda İran tərəfindən dəstəklənən "Hizbullah" qruplaşması ilə gedən döyüşlərdə dörd əsgərinin həlak olduğunu təsdiqləyib. Hərbi mənbələrin məlumatına görə, eyni taborun üzvü olan üç hərbçi döyüş meydanında həyatını itirib, digər bir əsgərin isə eyni hadisə zamanı öldüyü, lakin adının hələlik ictimaiyyətə açıqlanmadığı bildirilir. Toqquşmalar zamanı daha iki İsrail hərbçisi müxtəlif dərəcəli xəsarətlər alıb. İsrail rəsmiləri bu hərbi kampaniyanın "Hizbullah"ın sərhəd bölgəsindən tamamilə təmizlənməsinə qədər davam edəcəyini və prosesin uzunmüddətli işğala çevrilə biləcəyini istisna etmirlər.

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL) Livanın cənubunda patrul xidməti həyata keçirən sülhməramlıların yerləşdiyi mövqelərin yaxınlığına iki dəfə atəş açıldığını açıqlayıb. UNIFIL hücumun mənbəyinin ehtimal ki, İsrail ordusu olduğunu bildirib. UNIFIL mövzu ilə bağlı ABŞ mərkəzli “X” sosial media platforması üzərindən yazılı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, bu gün Livanın cənubundakı Nəbatiyyə vilayətinin Kəfər Şuba qəsəbəsində rutin patrul xidməti yerinə yetirən sülhməramlıların təxminən 50 metr yaxınlığına yüngül silahlardan atəş açılıb.

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülhməramlı Qüvvəsi (UNIFIL) İsrail ordusunun Livanın cənubunda sərhəd xətti kimi tanınan “Mavi Xətt” yaxınlığında iki ayrı bölgədə patrul xidməti aparan sülhməramlı əsgərlərin olduğu nöqtələrin yaxınlığına atəş açdığını bildirib. UNIFIL mövzu ilə bağlı ABŞ mərkəzli X şirkətinə məxsus sosial media platformasında yazılı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, Livanın cənubundakı Bastara kəndində səhər saatlarında patrul xidməti həyata keçirən UNIFIL əsgərlərinin olduğu nöqtənin yaxınlığına İsrail hərbçiləri tərəfindən ağır silahlarla atəş açılıb.

Birləşmiş Millətlər Təşkilatının Livan Sülh Qüvvələri (UNIFIL) İsrailin UNIFIL patruluna PUA (pilotsuz uçuş aparatı) və tankla hücum etdiyini açıqlayıb. İsrail, Birləşmiş Millətlər Təşkilatının Livan Sülh Qüvvələrini (UNIFIL) hədəfə alıb. UNIFIL-in yaydığı açıqlamada bildirilib ki, Livanın cənubundakı Kfar Kila yaxınlığında patrul xidməti aparan UNIFIL qüvvələrinin yaxınlığına İsrail ordusuna məxsus bir pilotsuz uçuş aparatı tərəfindən qumbara atılıb və bir neçə dəqiqə sonra İsrail tankı patrul qrupunun yerləşdiyi bölgəyə atəş açıb.