Birləşmiş Millətlər Təşkilatı (BMT) Livan ilə İsrail arasında davam edən atəşkəs rejiminə baxmayaraq, bölgədə gərginliyin ciddi şəkildə artdığını və İsrail tərəfindən açılan atəş sayının rekord həddə çatdığını bəyan edib. BMT Baş katibinin sözçüsü Stefan Düjarrik UNIFIL hesabatlarına istinadən bildirib ki, cəmi bir gün ərzində İsrail qüvvələrinin operativ nəzarətində olan ərazidən Livanın şimalına doğru 299 atəş açılıb. Bu göstərici atəşkəs razılaşması qüvvəyə mindiyi gündən bəri qeydə alınan ən yüksək rəqəmlərdən biridir.
#UNIFIL zabitlərinə hücum
Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL) Livanın cənubunda patrul xidməti həyata keçirən sülhməramlıların yerləşdiyi mövqelərin yaxınlığına iki dəfə atəş açıldığını açıqlayıb. UNIFIL hücumun mənbəyinin ehtimal ki, İsrail ordusu olduğunu bildirib. UNIFIL mövzu ilə bağlı ABŞ mərkəzli “X” sosial media platforması üzərindən yazılı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, bu gün Livanın cənubundakı Nəbatiyyə vilayətinin Kəfər Şuba qəsəbəsində rutin patrul xidməti yerinə yetirən sülhməramlıların təxminən 50 metr yaxınlığına yüngül silahlardan atəş açılıb.
Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülhməramlı Qüvvəsi (UNIFIL) İsrail ordusunun Livanın cənubunda sərhəd xətti kimi tanınan “Mavi Xətt” yaxınlığında iki ayrı bölgədə patrul xidməti aparan sülhməramlı əsgərlərin olduğu nöqtələrin yaxınlığına atəş açdığını bildirib. UNIFIL mövzu ilə bağlı ABŞ mərkəzli X şirkətinə məxsus sosial media platformasında yazılı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, Livanın cənubundakı Bastara kəndində səhər saatlarında patrul xidməti həyata keçirən UNIFIL əsgərlərinin olduğu nöqtənin yaxınlığına İsrail hərbçiləri tərəfindən ağır silahlarla atəş açılıb.
Barak, Livan hökumətinin Hizbullahın tərksilahı ilə bağlı 11 bəndlik plan təqdim etdiyini və buna əməl edəcəyinə söz verdiyini qeyd edib. O, bu planın “hərbi” təşəbbüs olmadığını, vətəndaş müharibəsinə yol açmamaq üçün diqqətli olunacağını vurğulayıb. Barak, “Hizbullahın silahlarını təhvil verdiyi təsdiqlənərsə, İsrail Livan ərazisindən çəkiləcək,” iddiasında bulunub. Barak, Livan ordusunun sərhədləri qorumaq qabiliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayaraq, BMT-nin Livan üçün müvəqqəti sülhməramlı qüvvələri (UNIFIL) mandatının bir il uzadılacağını təsdiqləyib. O, həmçinin Körfəz ölkələrinin Livan iqtisadiyyatına investisiyalar vasitəsilə dəstək verəcəyini və bu investisiyaların bütün Livan xalqı, o cümlədən cənub bölgələri üçün faydalı olacağını bildirib.
Livan mətbuatına açıqlamasında Abagnara UNIFIL-in “Livanın cənubunda sülh və sabitliyi möhkəmləndirmək” vəzifəsini daşıdığını bildirib. O, təşkilatın mandatının aydın olduğunu – bütün pozuntuları qeydə almaq və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasını təmin etməkdən ibarət olduğunu vurğulayıb. Abagnara əlavə edib ki, UNIFIL-in əsas vəzifəsi Livan ordusunun cənubda hakimiyyətini gücləndirmək, təhlükəsizliyi təmin etmək və yerli əhalini qorumaqdır. O, bölgənin yerli hakimiyyət orqanlarına əməkdaşlığa görə təşəkkür edib. Digər tərəfdən, “İsrail Hayom” qəzetinin məlumatına görə, İsrailin xarici işlər naziri Gideon Saar ABŞ-a rəsmi məktub göndərərək, UNIFIL-in Livandakı missiyasının dayandırılmasını tələb edib. Saar iddia edib ki, UNIFIL “Hizbullahın Litani çayının cənubunda yerləşməsinin qarşısını almaqda uğursuz olub”.