Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail ordusu Qəzzaya hücumu genişləndirdi - 17 nəfər öldü, yüzlərlə min insan şəhəri tərk etdi

    17 Sentyabr 2025 13:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail ordusu Qəzzaya hücumu genişləndirdi - 17 nəfər öldü, yüzlərlə min insan şəhəri tərk etdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail ordusu bu gün səhər saatlarından etibarən Qəzza şəhərinə yönələn quru hücumunu genişləndirərək intensiv hava zərbələri endirib. Hücumlar nəticəsində azı 17 fələstinli, o cümlədən 7 nəfər Qəzza şəhərində həlak olub, onlarla insan yaralanıb.

    AzerVoice xəbər verir ki, Fələstin rəsmi agentliyi “Vafa”-nın məlumatına görə, Xən Yunusun Məvasi bölgəsində yerləşən qaçqın çadırına endirilən zərbədə eyni ailədən 3 nəfər həyatını itirib. Mərkəzdə, Nuseyrat düşərgəsində isə bir ailənin evi hədəfə alınaraq ata, hamilə ana və qız övladı öldürülüb. Qəzzanın cənubunda Tel əl-Həva məhəlləsində yerləşən yaşayış mənzilinə hücum zamanı da 2 nəfər ölüb, digərləri yaralanıb.

    Şimal-qərbdəki Şeyx Rizvan məhəlləsində isə “Acur” binasına endirilən hava zərbəsi nəticəsində bir neçə nəfər həyatını itirib. Digər tərəfdən, İsrail aviasiyası eyni məhəllədə bir yaşayış evini də bombalayıb.

    İsrail ordusunun sözçüsü bildirib ki, Qəzza sakinləri üçün müvəqqəti keçid dəhlizi açılıb. Onun sözlərinə görə, “Cənuba keçidi asanlaşdırmaq məqsədilə Salahəddin küçəsi üzərindən dəhliz 48 saat ərzində – çərşənbə günündən cümə gününə qədər açıq qalacaq”.

    İsrail ordusunun hesablamasına görə, təxminən 400 min fələstinli artıq Qəzza şəhərini tərk edib. Müharibədən əvvəl şəhərin əhalisi 1 milyon nəfərə yaxın idi. Son günlər minlərlə insanın məcburi köçü kütləvi şəkildə davam edir.

    “Vafa”nın açıqlamasına əsasən, son iki gündə təkcə hava zərbələri nəticəsində 108 nəfər həlak olub. Onlardan 93 nəfəri şimalda, 9 nəfəri mərkəzdə, 6 nəfəri isə cənub bölgəsində öldürülüb.
    Qəzzada 2023-cü il 7 oktyabrdan başlayan İsrail əməliyyatları nəticəsində indiyədək 64 mindən çox insan həlak olub, 165 mindən artıq insan yaralanıb. Ölənlər arasında çoxlu sayda qadın və uşaq var.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #İsrail və Qəzza münaqişəsi #İsrail Qəzza işğalı #İsrail Qəzza bombardmanı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00

    İsrail HƏMAS komandirinin öldürüldüyünü iddia edir

    17 İyul 2026 19:44

    İsrailin Qəzzaya etdiyi hücumlarda ölən və yaralananlar var

    17 İyul 2026 19:27

    İsrail Qəzzanın şimalına PUA zərbəsi endirib

    17 İyul 2026 19:17

    Qəzzada ölənlərin sayı 73 min 250-yə çatıb

    16 İyul 2026 19:30

    İsrail ordusu Qəzzada dörd silah anbarını məhv etdiyini açıqlayıb

    16 İyul 2026 17:33

    Qəzzadakı son hadisələr atəşkəsin gələcəyinə necə təsir göstərə bilər?

    16 İyul 2026 17:27

    Qəzzadan onlarla xəstə müalicə üçün xaricə təxliyə olunub

    16 İyul 2026 17:10
    XƏBƏR LENTİ

    ABŞ şirkətləri Türkiyəyə 9 milyard lirəlik yatırım edib (ÖZƏL)

    ABŞ-nin İranın təzyiq imkanlarını məhdudlaşdırmasında Suriyanın rolu nədən ibarətdir?

    Şəxsi brend necə formalaşır? Mütəxəssislər fərqlənməkdən daha vacib üç amili açıqlayırlar

    Bu gün Brüs Li 32 yaşında vəfat etdi

    Tarixdə bu gün - 20 İyul

    Qətərdə fintex inqilabı: Nağdsız ödənişlər may ayında rekord qırdı

    Səudiyyə daşınmaz əmlak elanlarına ciddi nəzarət -lisenziya şərtdir

    Əraqçidən etiraf – Ali Rəhbərin ofisində təhlükəsizlik boşluğu var

    Qərb dünyası niyə ədəbiyyata dinin təsirini qəbul etmir?

    Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.