Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail ordusunun Qəzzaya hücumlarında daha 20 fələstinli həlak olub

    12 Sentyabr 2025 12:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail ordusunun Qəzzaya hücumlarında daha 20 fələstinli həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində aralarında qadın və uşaqların da olduğu 20 fələstinli həyatını itirib.

    AzerVoice xəbər verir ki, hadisə şahidlərinin və xəstəxana mənbələrinin verdiyi məlumata görə, İsrail ordusu səhər saatlarından etibarən yaşayış məntəqələrini, yardım gözləyənləri və müxtəlif bölgələrdə yerləşən evləri hədəfə alıb.

    İsrail, Qəzza şəhərinin şimal-qərbində yerləşən Tuvan bölgəsində Sultan ailəsinə məxsus bir evə hava zərbəsi endirib. Hücum nəticəsində 14 fələstinli həlak olub, çox sayda insan yaralanıb.

    Şeyx Rıdvan məhəlləsində dinc sakinlərin toplandığı bir əraziyə edilən hücumda isə 4 fələstinli həyatını itirib.

    Bildirilib ki, İsrail ordusu bölgədə partlayıcı maddələrlə təchiz edilmiş robotlardan istifadə edərək evləri və binaları dağıdır, həmçinin artilleriya atəşi və pulemyotlarla ətrafa intensiv hücumlar həyata keçirir. Şucaiyyə məhəlləsinin şərq hissələrinin də artilleriya ilə hədəfə alındığı qeyd olunub.

    İsrail ordusu Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının yaxınlığında qurulmuş çadır düşərgəsini də hədəf alıb. Hücum nəticəsində çox sayda fələstinli yaralanıb.

    Bundan əlavə, Qəzza zolağının cənubundakı Rəfah şəhərində humanitar yardım gözləyən insanlar da hücuma məruz qalıb. Nəticədə bir fələstinli həyatını itirib.

    İsrailin Xan Yunis şəhərində yerləşən Nasir Xəstəxanasının həyətində isə Səhiyyə Nazirliyinin əməkdaşı Əmin Əbu Müslim dron hücumu ilə birbaşa hədəf alınaraq öldürülüb.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025 #Qəzza böhranı və Qərbin mövqeyi #İsrail və Qəzza münaqişəsi #İsrail Qəzza işğalı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05
    XƏBƏR LENTİ

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.