Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    BƏƏ İsrailin Qətərə qarşı hücumunu "qorxaq hücum" adlandırıb

    9 Sentyabr 2025 19:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BƏƏ İsrailin Qətərə qarşı hücumunu "qorxaq hücum" adlandırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Birləşmiş Ərəb Əmirlikləri İsrailin Dohada HƏMAS rəhbərliyinə qarşı həyata keçirdiyi hücumu qətiyyətlə pisləyib və bunu Qətərə qarşı “qorxaq hücum” adlandırıb.

    AzerVoice xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

    Bəyanata görə, BƏƏ-nin baş nazir müavini və xarici işlər naziri şeyx Abdullah bin Zayed Al Nəhyan İsrailin Qətər dövlətinə qarşı törətdiyi bu hücumu sərt şəkildə qınayıb. O, hücumun Qətərin suverenliyinin kobud şəkildə pozulması, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olması, həmçinin regional və beynəlxalq təhlükəsizlik üçün məsuliyyətsiz eskalasiya yaratdığını vurğulayıb.

    Nazir beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT Təhlükəsizlik Şurasını İsrailin addımlarını dayandırmaq və bu hücumlara son qoymaq üçün hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə çağırıb. Bəyanatda qeyd olunur ki, İsrailin bu hərəkətləri bölgədə və dünyada təhlükəli nəticələrə gətirib çıxara bilər.

    Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanı da İsrailin hücumunu pisləyərək, Qətərin suverenliyinin pozulmasını qınamış və Dohanın təhlükəsizliyi üçün atdığı addımlara dəstəyini ifadə etmişdi.

    “Əl-Cəzirə” telekanalı HƏMAS-dakı mənbələrə istinadən bildirib ki, Xəlil əl-Həyyənin rəhbərlik etdiyi nümayəndə heyəti İsrailin Dohada təşkil etdiyi sui-qəsd cəhdindən xilas olub.

    #İsrail #BƏƏ #Qətər #HƏMAS #Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS İsrail hücumu #İsrail hücumu HƏMAS #İsrail HƏMAS sui-qəsd
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    2 Sentyabr 2026 19:11

    ABŞ HƏMAS-a göndərildiyi iddia olunan 560 min dollardan çox rəqəmsal vəsaiti müsadirə edib

    2 Sentyabr 2026 18:17

    BƏƏ daşqın və torpaq sürüşmələrindən zərər çəkən Nepal üçün ikinci yardım təyyarəsini göndərib

    2 Sentyabr 2026 14:51

    Qətər və BƏƏ mayeləşdirilmiş qazı Hörmüz boğazından kənarda daşıyır

    2 Sentyabr 2026 12:51

    Qətərdə sentyabr ayı üçün yanacaq qiymətləri açıqlanıb

    2 Sentyabr 2026 10:36

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    1 Sentyabr 2026 22:45

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    1 Sentyabr 2026 20:46

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

    1 Sentyabr 2026 19:20
    XƏBƏR LENTİ

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.