#Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfiri tərəfindən iftar süfrəsi təşkil olunub. İftar süfrəsində, media mənsubları, ictimai xadimlər, iş adamları və digər tanınmış simalar iştirak edib. Tədbirdə çıxışı zamanı BƏƏ-nin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ölkəsinin 2026-cı il üçün vizyonu haqqında danışıb. O qeyd edib ki, Dövlətin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın (Allah onu qorusun) göstərişlərinə əsasən, bu il "Ailə ili" elan edilib, çünki ailə cəmiyyətin möhkəm və birləşmiş şəkildə qurulmasının əsas dayağıdır.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanaın göstərişi ilə BMT-nin Qlobal Humanitar Məlumat Hesabatı (GHO) üçün 550 milyon ABŞ dolları məbləğində irimiqyaslı vəd açıqlayıb. Təşəbbüs 2026-cı ildə təxminən 135 milyon insana yardım göstərilməsi üçün 23 humanitar əməliyyatı əhatə edən 33 milyard ABŞ dolları toplamağı hədəfləyir.

BƏƏ-nin rəsmi dəvəti ilə bu mərasimdə iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, milli rəqs qrupu və orkestrin birgə çıxışı Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirdi. Qarabağ atlarının nəcib duruşu, rəqs qrupunun ahəngdar kompozisiyaları və orkestrin canlı ifası tədbirin atmosferinə unudulmaz rəng qatdı.

Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) süni intellekt, nüvə enerjisi, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlığı genişləndirmək məqsədilə 7 memorandum imzalayıblar. Cənubi Koreya Prezidenti Li Çje Myon və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nahyan Abu Dabidə görüşüblər. Li Çje Myon BƏƏ-ni “qardaş ölkə” adlandıraraq, ölkəsinin BƏƏ ilə “əsrlik dostluq qurmaq üçün geniş əməkdaşlığa hazır olduğunu” bildirib.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu gün, bazar ertəsi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı Qahirədə qəbul edib.Görüşdə regional məsələlər, xüsusilə də Qəzza zolağındakı vəziyyət müzakirə olunub. Misir Prezidentliyinin açıqlamasına görə, iki lider ABŞ Prezidenti Donald Trampın bölgədə müharibəni dayandırmaq üçün irəli sürdüyü təşəbbüsü alqışlayıb və bu sülh təşəbbüsünün dəstəklənməsinin bölgədə hərtərəfli və davamlı sülhün bərqərar olması yolunda mühüm addım olduğunu vurğulayıblar.

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti şeyx Məhəmməd bin Zaid əl-Nəhyanın 2025-ci il sentyabrın 16-da Azərbaycana səfəri sadəcə diplomatik protokol deyildi – bu, yeni geosiyasi düzənin strateji manifesti idi. Onun marşrutu azad edilmiş ərazilərdə inşa olunmuş Füzuli beynəlxalq hava limanından başlayaraq, tarixi və mədəniyyət mərkəzi olan Şuşada davam etməsi dünya ictimaiyyətinə aydın mesaj verdi: BƏƏ Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir və bölgənin bərpasında açar tərəfdaş olmağa hazırdır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri yalnız protokol xarakterli bir addım deyil. Bu səfər iki ölkə arasında son illərdə dərinləşən əlaqələrin və strateji əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edən mühüm hadisədir. Səfərin təsadüfi olmadığını göstərən bir sıra amillər mövcuddur ki, bunlar həm tarixi, həm də müasir mərhələdə Azərbaycan-BƏƏ münasibətlərinin məzmununu formalaşdırır.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri sentyabrın 16-da başa çatıb. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı yola saldı.

Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı qarşıladı.

Birləşmiş Ərəb Əmirlikləri İsrailin Dohada HƏMAS rəhbərliyinə qarşı həyata keçirdiyi hücumu qətiyyətlə pisləyib və bunu Qətərə qarşı “qorxaq hücum” adlandırıb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Bəyanata görə, BƏƏ-nin baş nazir müavini və xarici işlər naziri şeyx Abdullah bin Zayed Al Nəhyan İsrailin Qətər dövlətinə qarşı törətdiyi bu hücumu sərt şəkildə qınayıb. O, hücumun Qətərin suverenliyinin kobud şəkildə pozulması, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olması, həmçinin regional və beynəlxalq təhlükəsizlik üçün məsuliyyətsiz eskalasiya yaratdığını vurğulayıb.