Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Hizbullahın silah məsələsi ümummilli dialoqla həll olunacaq – Nəbih Berri

    31 Avqust 2025 20:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hizbullahın silah məsələsi ümummilli dialoqla həll olunacaq – Nəbih Berri
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Livan parlamentinin spikeri Nəbih Bərri siyasi partiyalara müraciət edərək, Hizbullahın silahlı dəstələrinin tərksilahı məsələsini müzakirə etmək üçün ümummilli dialoqun başlanmasını təklif edib.

    AzerVoice xəbər verir ki, Bərri bu barədə NBN telekanalı ilə yayımlanan müraciətində danışıb.

    “Sakit və konsensus əsaslı dialoq milli təhlükəsizlik strategiyasının hazırlanmasına, həmçinin müqavimət qüvvələrinin əlindəki silahların taleyinin müəyyən edilməsinə imkan yaradacaq” – deyə o bildirib.

    Spikerin sözlərinə görə, Hizbullahın silahı “Livanın qürurudur” və ötən il ölkəni İsrail təcavüzündən qorumaqda mühüm rol oynayıb. O vurğulayıb ki, Hizbullahın silahlarının Livan ordusuna təhvil verilməsi xarici təzyiq altında həyata keçirilə bilməz.

    Bərri həmçinin qeyd edib ki, Livan hökuməti 2024-cü il noyabrın 27-də imzalanmış atəşkəs sazişinə uyğun bütün öhdəliklərini yerinə yetirib. “İsrail isə əksinə, beş sərhəd rayonunu hələ də nəzarətdə saxlayır, aqressiv fəaliyyətini davam etdirərək livanlıları öldürür və 30-dan çox yaşayış məntəqəsinin sakinlərinin evlərinə qayıtmasına mane olur” – deyə o əlavə edib.

    Xatırladaq ki, avqustun 5-də Livan hökuməti ölkədəki bütün silahlı qrupların, o cümlədən Hizbullahın mərhələli şəkildə tərksilahını nəzərdə tutan planı ABŞ və İsrailin tələblərinə uyğun olaraq təsdiqləyib. Sentyabrın 5-də Nazirlər Kabinetində təsdiqlənməsi gözlənilən plana əsasən, Hizbullah raket arsenalının 50 faizini Livan ordusuna təhvil verəcək, bunun müqabilində İsrail işğal altında saxladığı beş sərhəd rayonundan qoşunlarını çıxarmağa başlayacaq.

    Lakin Hizbullahın baş katibi şeyx Naim Qasim avqustun 25-də bəyan edib ki, İsrailin hərbi əməliyyatlarını davam etdirdiyi şəraitdə silahların Livan ordusuna təhvil verilməsi mümkün deyil. Onun sözlərinə görə, belə bir addım “milli maraqlara ziddir”.

    #Livan #Hizbullah #Naim Qasim #Hizbullah və Livan siyasəti #Hizbullah və Livan münaqişəsi #Hizbullah və Livan hökuməti #Livan ordusu və Hizbullah qarşıdurması #Naim Qasim və Hizbullah #Hizbullah Livan ordusu #Livan silahlı qüvvələri və Hizbullah #Nəbih Bərri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22

    İsrail qüvvələrinin Livanın cənubunda yanğınlar törətdiyi bildirilir

    29 Avqust 2026 18:08

    İsrailin mövqeyi Cənubi Livanda həll prosesini dalana dirəyir

    29 Avqust 2026 12:06

    Livanın cənubunda bir həftədə 1030 mərmi uçuşu qeydə alınıb - BMT

    28 Avqust 2026 20:40

    İsrail oktyabr seçkilərinə görə Livanla danışıqları uzatmağa çalışır

    28 Avqust 2026 18:12

    Livanın cənubunda vəziyyət yenidən gərginləşir

    27 Avqust 2026 19:54

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    İsrail ordusu Livanın cənubunda Hizbullahın pilotsuz uçuş aparatını vurduğunu bildirib

    27 Avqust 2026 18:16

    Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?

    27 Avqust 2026 03:00

    İsrail qüvvələri Livanın cənubuna yeni hücumlar həyata keçirib

    26 Avqust 2026 18:26

    İrandakı "vəhşilərlə" diplomatik razılaşmaya nail olmaq mümkün deyil - Netanyahu

    26 Avqust 2026 17:53
    XƏBƏR LENTİ

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.