Nəbih Bərri prezidentliklə baş nazirlik arasında güclü münasibətlərin sabitlik üçün vacib olduğunu bildirib.
#Nəbih Bərri
Livan Prezidenti Jozef Aun və "Hizbullah" arasında ölkə adından kimin danışıqlar aparacağı ilə bağlı alovlanan ritorik müharibə və İsrailin artan hücumları Livanın siyasi rəhbərliyinin görüşlərinin təxirə salınmasına səbəb olub. Prezident Aun, parlament sədri Nəbih Bərri və Baş nazir Navvaf Salam arasındakı planlaşdırılan görüş gərginliyi azaltmaq üçün diplomatik təmaslar nəticə verənədək təxirə salınıb.
Livan parlamentinin spikeri Nəbih Berri siyasi partiyalara müraciət edərək, Hizbullahın silahlı dəstələrinin tərksilahı məsələsini müzakirə etmək üçün ümummilli dialoqun başlanmasını təklif edib. “Sakit və konsensus əsaslı dialoq milli təhlükəsizlik strategiyasının hazırlanmasına, həmçinin müqavimət qüvvələrinin əlindəki silahların taleyinin müəyyən edilməsinə imkan yaradacaq” – deyə o bildirib. Spikerin sözlərinə görə, Hizbullahın silahı “Livanın qürurudur” və ötən il ölkəni İsrail təcavüzündən qorumaqda mühüm rol oynayıb. O vurğulayıb ki, Hizbullahın silahlarının Livan ordusuna təhvil verilməsi xarici təzyiq altında həyata keçirilə bilməz. Berri həmçinin qeyd edib ki, Livan hökuməti 2024-cü il noyabrın 27-də imzalanmış atəşkəs sazişinə uyğun bütün öhdəliklərini yerinə yetirib. “İsrail isə əksinə, beş sərhəd rayonunu hələ də nəzarətdə saxlayır, aqressiv fəaliyyətini davam etdirərək livanlıları öldürür və 30-dan çox yaşayış məntəqəsinin sakinlərinin evlərinə qayıtmasına mane olur” – deyə o əlavə edib.
Livanda Hizbullah təşkilatı Aşura mərasimlərini yalnız dini və tarixi anım olaraq deyil, siyasi və ideoloji mobilizasiya vasitəsi kimi də istifadə edir.