Baş xəbər

1 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı, İranda hərbi əməliyyarlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub.

İndoneziya ordusunun Qəzzadakı "Sülh Şurası" layihəsində iştirakı tərəfdarlar və əleyhdarlar arasında kəskin mübahisələrə səbəb olub. Son 70 ildə İndoneziya BMT-nin sülhməramlı missiyaları çərçivəsində Afrika, Asiya və Avropanın münaqişə zonalarına qoşun göndərsə də, Qəzza missiyasının xarakteri və riskləri tamamilə fərqlidir. Qeyd edək ki, İndoneziya ordusu indiyədək göstərdiyi fəaliyyətlərə görə böyük təqdirlər alsa da, bəzi əməkdaşları qaçırılmış, bəziləri isə öldürülmüşdür.

2025-ci ilin rəsmi statistikasına əsasən, Türkiyədə evlənən cütlüklərin sayı əvvəlki illə müqayisədə azalaraq 552 min 237-yə düşüb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu rəqəm 569 min 983 idi. Boşanma statistikasında isə artım müşahidə olunur. 2024-cü ildə 188 min 963 olan boşanma sayı 2025-ci ildə 193 min 793-ə yüksəlib. İllər üzrə aparılan təhlillər göstərir ki, hər iki cinsdə ilk evlilik yaşı artmaqda davam edir. 2025-ci ildə orta hesabla ilk evlilik yaşı kişilərdə 28,5, qadınlarda isə 26 olub. Tərəflər arasındakı yaş fərqi isə orta hesabla 2,5 yaş təşkil edib.

İran dövlət televiziyası ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyinin öldürüldüyünü rəsmən elan edib. Bu xəbər ABŞ Prezidenti Donald Trampın Xameneyinin ölümü barədə məlumatı təsdiqləməsindən və onun xələfi olacaq "yaxşı namizədlər" barədə danışmasından bir neçə saat sonra yayılıb.

ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda qonşu ölkədən təxliyə olunan vətəndaşların daşınması üçün zəruri tədbirlər həyata keçirilir. ətəndaşların təhlükəsiz şəkildə daşınması məqsədilə xüsusi avtobuslar ayrılıb, həmçinin ərazidə təcili tibbi yardım briqadaları cəlb olunub və digər operativ xidmətlər hazır vəziyyətə gətirilib.

Azərbaycanın yeddi vətəndaşı ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda qonşu ölkədən təxliyə edilib. Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib. Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

Oruc tutmaq ictimai şüurda uzun saatlar ərzində qida və içkidən imtina etmək kimi qəbul edilsə də, bir çox müasir araşdırmalar Ramazan ayında çəkinin mütləq şəkildə azalmadığını göstərir. Əksinə, bəzi insanlarda çəki sabit qalır və ya artım müşahidə olunur. Bu paradoks son illərdə tədqiqatçıları Ramazan orucunun iştaha, maddələr mübadiləsi (metabolizm) və qidalanma davranışı üzərindəki real təsirlərini yenidən araşdırmağa sövq edib.

İsrail İrana qarşı "qabaqlayıcı zərbə" endirdiyini açıqladı. İranın paytaxtı Tehranda partlayış səslərinin eşidildiyi bildirilir.İsrail müdafiə nazirliyinin verdiyi açıqlamada İran ərazisində ümumilikdə ondan çox hərbi obyektin vurulduğu bildirilib. Hadisə ilə bağlı açıqlama verən İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edildiyini bəyan edib.