Martın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Tədbirdə Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak ediblər.
Baş xəbər
Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib. AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Təxliyə reysi vasitəsilə ümumilikdə 209 vətəndaşın ölkəyə qayıdışı təmin edilib.
Bu gün Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı ölkəmizə təxliyyə olunub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Yaxın Şərq regionunda vətəndaşlarımızın təxliyyəsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir. Belə ki, 361 Çin, 246 Rusiya, 224 Azərbaycan, 99 Tacikistan, 76 Pakistan, 46 Oman, 18 Səudiyyə Ərəbistanı, 9 Gürcüstan, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 4 İran 4 İordaniya, 4 İsveçrə,4, Nigeriya, 4 Yaponiya vətəndaşı təxliyə olunub.
4 mart 2026-cı il, Bakı – Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilir. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
BAKI,VOA NATO müdafiə qüvvələri İrandan atılan ballistik raketin Türkiyə hava məkanına girməzdən əvvəl zərərsizləşdirib. Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, İran ərazisindən atılan və İraq ilə Suriya hava məkanından keçərək Türkiyə istiqamətində hərəkət edən ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib. İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlətimizin başçısını qarşıladı. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.
Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır. İnformasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib. Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır. İnformasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı davam edən hərbi əməliyyatların miqyası barədə rəsmi məlumat yayıb. CENTCOM komandanı admiral Bred Kuper bildirib ki, bu, ABŞ-ın son bir nəsildə Yaxın Şərqdə həyata keçirdiyi ən böyük hərbi yığınaqdır. Admiral Kuperin sözlərinə görə, fevralın 28-dən başlayan əməliyyatlarda 50 mindən çox əsgər, 200 döyüş təyyarəsi və 2 aviadaşıyıcı gəmi iştirak edir. İndiyədək İran ərazisində təxminən 2 min strateji hədəfin vurulduğu və ölkənin hava hücumundan müdafiə sistemlərinin böyük ölçüdə sıradan çıxarıldığı qeyd olunub.
Qətər Dövlət Təhlükəsizlik Xidməti ölkənin daxili təhlükəsizliyinə qarşı fəaliyyət göstərən və İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan iki mütəşəkkil şəbəkənin zərərsizləşdirildiyini elan edib. Qətər Rəsmi Xəbər Agentliyinin (QNA) yaydığı məlumata görə, bu şəbəkələr Dohada həssas obyektlərə qarşı kəşfiyyat və təxribat fəaliyyətləri planlaşdırırmış.
Bəzi sosial media hesablarında yayılan “Tramp Türkiyəyə İrana hücum əmri verdi”, “Türkiyə İrana qarşı gizli hərbi planın tərkib hissəsidir” və “Türkiyə İrana qarşı müharibəyə qatılmaq üçün CAATSA sanksiyalarının ləğvini tələb etdi” kimi iddiaların tamamilə yalan olduğu açıqlanıb.
Tarixi qeydlərdə 14 Ramazan loyallıqların dəyişdiyi və imperiyaların sarsıldığı bir gündür. Bu tarixdə Dəməşqdə Əməvilər səhifəsi qapandı, sonuncu Məmlük sultanı öz taleyi ilə üzləşmək üçün taxta çıxdı və Əzhərin qəlbindən Napoleonun Misir kampaniyasına qarşı müqavimət alovu yüksəldi.