5 mart 2026-cı il tarixində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Telefon danışığı zamanı, nazir Ceyhun Bayramov, İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib. Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.
Baş xəbər
Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar.
Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq.
Martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum həyata keçirilib. Bildirilir ki, ilkin istintaq hərəkətləri ilə müəyyən edilib ki, pilotsuz uçuş aparatlarından biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsinin yaxınlığına düşüb.
Xəbər verdiyimiz kimi, İran ərazisindən Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu həyata keçirilib. Dron qalıqlarının videosunu təqdim edirik. Dron qalıqlarının videosunu təqdim edirik. Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
“Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik”,-XİN-in bəyanatında bildirilib.
İran dronu Naxçıvan aeroportunu vurub. Dronlardan biri Naxçıvan aeroportuna düşüb. Yerli əhalinin bildirdiyinə görə, pilotsuz uçuş aparatlarından biri isə Səkərabad məktəbinin yaxınlığına düşüb.
Azərbaycandan Ermənistana neft məhsullarının və Rusiya gübrəsinin tədarükü davam edir.
Martın 4-də Qars şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu və Qars Valiliyinin dəstəyi ilə Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib.
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz azalaraq, 16 milyon 759 min 61 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Azərbaycana mebel ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz azalaraq, 8 milyon 669 min 22 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz azalaraq, 1 milyard 162 milyon 36 min dollara bərabər olub.
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani bildirib ki, İranın Qətər dövlətinə qarşı hücumu heç bir bəhanə və ya əsasla qəbul edilə bilməz.
İslam yaddaşında Ramazan ayının ortası arzular, hakimiyyət və qarşıdurma günü kimi xarakterizə olunur. Məhz bu gündə ümmətin qrupları arasında islahat peyğəmbərliyini gerçəkləşdirən "Cənnət gənclərinin ağası" Həsən ibn Əli doğulmuş, Məmlüklərin qılıncları "Eyn Cəlut"da monqol əfsanəsini məhv etmiş və "Qüreyş şahini"nin dənizi keçməsi ilə Əndəlüs dastanı başlamışdır.