Baş xəbər

Mənəvi-əxlaqi kamilliyi və nəcib niyyətləri özündə təcəssüm etdirən, insanların ruhunu və təfəkkürünü saflaşdıran on bir ayın sultanı Ramazan artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, yardımlaşma, şəfqət və mərhəmət kimi xeyirxah əməllərin sevincini yaşayırlar.

Hesabatda Hindistan hökumətinin Siqhlərə qarşı həyata keçirdiyi repressiv siyasət nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan, hazırda xarici ölkələrdə yaşayan Siqh fəallarının, diaspor təşkilatlarının rəhbərlərinin, eləcə də onların ailə üzvlərinin Hindistan hakimiyyət orqanları tərəfindən hücumlara və terror təhdidlərinə məruz qalması faktları qeyd edilir.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana xalça ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz artaraq, 1 milyon 270 min 74 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Azərbaycana xalça ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 41,5 faiz artaraq, 742 min 63 dollara çatdırıb.

Siyasətdə, tarixdə olduğu kimi, simalar asanlıqla yox olmur. Ali rəhbər Əli Xameneinin fiziki yoxluğu onun onilliklər ərzində formalaşdırdığı siyasi və ideoloji irsin dərhal silinməsi demək deyil. Bu irs İran sisteminin strukturunda, eləcə də rejimin daxili və xarici siyasətində yaşamağa davam edir. Hazırda bu kölgənin altında atasının varisi kimi Müctəba Xamenei boy göstərir.

Amerika Birləşmiş Ştatları və İran, 1979-cu ildə ABŞ tərəfindən dəstəklənən şahın devrilməsi və İranın teokratiyaya çevrilməsi ilə nəticələnən İran İslam İnqilabına qədər yaxın müttəfiq olublar. İran rejimi ABŞ-ı "Böyük Şeytan" adlandırıb və iki xalq amansız düşmənə çevrilib; Prezident Corc Buş 2002-ci ildəki məşhur çıxışında İranı "şər oxu"na daxil edib.

Şavkat Mirziyoyev dövlətimizin başçısını və qardaş Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibətilə təbrik edib, xalqımıza ən xoş arzularını çatdırıb. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, öz növbəsində Şavkat Mirziyoyevi və qardaş özbək xalqını bayramlar münasibətilə təbrik edib, Özbəkistana gələcəkdə də firavanlıq və rifah arzulayıb. Telefon söhbəti zamanı, həmçinin Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinə toxunulub, əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq bildirilib. Azərbaycan və Özbəkistan prezidentləri Yaxın Şərqdəki mövcud vəziyyətdən narahatlıqlarını ifadə edib, gərginliyin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar. Telefon danışığı əsnasında, həmçinin qarşılıqlı maraq doğuran məsələlərə və gələcək təmaslara dair fikir mübadiləsi aparılıb.

ABŞ Milli Antiterror Mərkəzinin istefa vermiş direktoru Co Kent vəzifəsindən ayrıldıqdan sonra ilk dəfə geniş bəyanatla çıxış edib. O, Vaşinqtondakı İsrail lobbisini ABŞ-ı İranla müharibəyə itələməkdə ittiham edərək, Tehranın nüvə silahı əldə etməyə yaxın olmadığını və təhlükənin süni şəkildə şişirdildiyini bildirib. Müharibəyə etiraz olaraq istefa verən Kent məşhur amerikalı jurnalist Taker Karlsona müsahibəsində bir neçə sensasiyalı faktı açıqlayıb.

İsrailli rəsmilərin İsrail Hava Qüvvələrinin Xəzər dənizinin liman şəhəri olan Bəndər Ənzəlinin sahillərində İran Hərbi Dəniz Qüvvələrinə aid gəmilərə zərbələr endirməsi barədə açıqlamalarının ardından, İsrail Müdafiə Qüvvələri (IDF) İranın şimalına aviazərbələr endirdiyini təsdiqləyib.

Azərbaycan vasitəsilə Ermənistana daha 7 vaqon buğda göndərilməsi planlaşdırılır. Ümumi çəkisi 488 ton olan 7 vaqon buğda Azərbaycan Respublikası ərazisindən Ermənistan Respublikasına daşınır. Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Özbəkistana dəri məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 48,5 faiz artaraq, 1 milyon 211 min 7 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Özbəkistana dəri məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 73,4 faiz artaraq, 868 min 19 dollara çatdırıb.

18 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Nazirlər regional sabitliyin qorunmasının, gərginliyin artmasının qarşısının alınmasının və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıblar.