Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verib.Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını, xarici işlər nazirləri tərəfindən sənədin paraflandığını diqqətə çatdırıb.
Baş xəbər
Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında bildirib.
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə geniş tərkibdə görüşü keçirilib.
Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin rəsmi qarşılanma mərasimi olub.ər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verdi. Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Edqars Rinkeviçsə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.
2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Qırğızıstana xalça ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33,1 faiz artaraq, 4 milyon 328 min 280 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Qırğızıstana xalça ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 36,1 faiz artıraraq, 1 milyon 738 min 980 dollara çatdırıb.
Elçin Əmirbəyov Böyük Britaniyada bir sıra görüşlər keçirib.
Qlobal əmtəə ticarətində onilliklər boyu siyasi neytrallığı qoruyan iri şirkətlər Donald Tramp administrasiyası dövründə Vaşinqtona daha açıq şəkildə yaxınlaşmağa başlayıb. ABŞ hökumətinin son aylarda əmtəə sazişlərinə birbaşa və fəal şəkildə qoşulması iri ticarət şirkətlərinin ənənəvi davranış modelini dəyişib. Yeni şəraitdə Ağ evlə yaxın təmas qurmaq enerji, metal və xammal bazarlarında fəaliyyət göstərən şirkətlər üçün getdikcə daha vacib amilə çevrilir.
Birləşmiş Millətlər Təşkilatı aprelin on ikisi və on səkkizi tarixləri arasında Qəzzada həyata keçirilən hücumların bir əvvəlki həftə ilə müqayisədə qırx altı faiz artdığı barədə xəbərdarlıq yayıb. BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında bildirib ki bu rəqəm iki min iyirmi beşinci ilin oktyabr ayında qüvvəyə minmiş atəşkəs razılaşmasından bəri qeydə alınan ən yüksək həftəlik artım göstəricisidir.
İran Xarici İşlər Nazirliyi İslamabadda keçirilməsi planlaşdırılan danışıqlar prosesi həmçinin ölkəyə tətbiq edilən dəniz blokadası və Vaşinqtonun son diplomatik addımları barədə rəsmi bəyanat yayıb. Nazirliyin bəyanatında Tehranın hazırkı mövqeyini əks etdirən bir neçə fundamental məqam xüsusi yer alıb. Rəsmi Tehran Pakistan danışıqlarında iştirak məsələsinə toxunaraq bildirib ki bu barədə hələlik yekun qərar verilməyib. Nazirlik mövqe tam müəyyənləşdikdən sonra ictimaiyyətə aydın məlumat veriləcəyini vurğulayıb və hazırda mediada çox sayda yalan xəbərlərin dolaşdığını qeyd edib.
Suriya Prezidenti Əhməd Əş-Şəraa rəsmi səfər çərçivəsində Səudiyyə Ərəbistanına gəlib. Suriya liderini Ciddə şəhərindəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanında Məkkə bölgəsinin vitse qubernatoru şahzadə Səud bin Mişal bin Əbdüləziz qarşılayıb. Səfər proqramı çərçivəsində Əhməd Əş-Şəraanın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman ilə görüşü planlaşdırılır. Suriyanın rəsmi xəbər agentliyi SANA tərəfindən yayılan məlumata görə tərəflər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və ortaq maraq kəsb edən regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparacaqlar.
Bakı metrosunda baş vermiş nasazlıqla bağlı aparılan xüsusi araşdırmanın nəticəsinə uyğun olaraq Baş Prokurorluğa müraciət oluna bilər. "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. O vurğulayıb ki, araşdırmanın nəticəsinə uyğun olaraq, hər hansı məsul şəxs müəyyən edilərsə, barəsində müvafiq tədbir görülə bilər. "Eyni zamanda ictimaiyyətə də açıqlama veriləcək",-deyə B.Məmmədov əlavə edib.
Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin siyahısı genişləndirilib. Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərmanda öz əksini tapıb.