Baş xəbər

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin siyahısı genişləndirilib. Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərmanda öz əksini tapıb.

ABŞ vitse-prezidenti bu gün Pakistanla bağlı kritik danışıqlarda iştirak etmək üçün səfərə yola düşür. Məlumata əsasən, səfərin əsas məqsədi regionda davam edən gərginlik fonunda aparılan danışıqlarda iştirak etməkdir. Görüşlərin konkret gündəliyi açıqlanmasa da, onların təhlükəsizlik və diplomatik məsələləri əhatə edəcəyi ehtimal olunur.

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası aralarındakı müharibə fonunda İraq üzərindəki təzyiq rıçaqlarını işə salmaqda davam edirlər. Vaşinqton Bağdad hökuməti ilə əlaqəli bəzi tərəfləri "İran milislərinə maliyyə və əməliyyat dəstəyi verməkdə" ittiham edir, Tehran isə "İraq xalqının müqavimətini və mətanətini" alqışladığını bəyan edir.

İranda aparılan son ictimai rəy sorğusu əhalinin böyük hissəsinin ABŞ-la danışıqlardan çox qarşıdurma xəttini dəstəklədiyini göstərir. Ekspertlər ABŞ prezidenti Donald Trampın son bəyanatlarını “nümayişkaranə və müstəmləkəçi ritorika” kimi qiymətləndirərək bunun İran cəmiyyətində mənfi reaksiyalara səbəb olduğunu bildirir.

ABŞ-ın İrana qarşı başlatdığı “Epik qəzəb” adlı hərbi əməliyyatdan sonra yaranan yeni reallıqda Çin birbaşa hərbi müdaxilədən yayınsa da, dolayı yolla münaqişənin gedişinə ciddi təsir göstərən əsas oyunçulardan birinə çevrilib. Xüsusilə kosmik müşahidə və peyk texnologiyaları Pekinin bu müharibədə “görünməyən güc” kimi çıxış etdiyini göstərir.

ABŞ-ın nüfuzlu "Washington Post" qəzeti Pakistanın yüksək rütbəli rəsmisinə istinadən xəbər verir ki, rəsmi İslamabad ABŞ Prezidenti Donald Trampa xüsusi mesajlar ünvanlayıb. Mesajlarda prezidentin İranla bağlı çıxışlarında istifadə etdiyi kəskin ritorika barədə xəbərdarlıq edilib.

14 aprel 2026-cı ildə İtaliyanın Baş naziri Corcia Meloni Veronda keçirilən "Vinitaly" beynəlxalq şərab sərgisi zamanı hökumətinin İsrail ilə müdafiə sahəsində əməkdaşlıq sazişinin avtomatik yenilənməsini dayandırmaq qərarına gəldiyini elan etdi. Bu saziş hər iki ölkənin silahlı qüvvələri arasında hərbi texnika mübadiləsini və texnoloji araşdırmaları əhatə edirdi və illərdir İsrailin İtaliyadan hərbi helikopterlər alması kimi iri müdafiə müqavilələri üçün çərçivə rolunu oynayırdı.