Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Antalya Böyükşəhər Bələdiyyə Başçısı saxlanılıb

    5 İyul 2025 12:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Antalya Böyükşəhər Bələdiyyə Başçısı saxlanılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Antalya Böyükşəhər Bələdiyyə Başçısı korrupsiya əməliyyatı çərçivəsində nəzarətə alınıb

    AzerVoice xəbər verir ki, Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcek Türkiyədə aparılan genişmiqyaslı korrupsiya və rüşvət əməliyyatları çərçivəsində bu gün səhər saatlarında saxlanılıb. Antalya Respublika Baş Prokurorluğu tərəfindən başlanan istintaq çərçivəsində Böcek və ailə üzvlərinə qarşı hüquqi proses başladılıb.

    İstintaq sənədlərinə əsasən, Böcek ilə birlikdə oğlu Mustafa Gökhan Böcek və keçmiş gəlini Zeynep Kərimoğlu da şübhəli qismində araşdırılır. Mustafa Gökhan Böcekin xaricdə olduğu bildirilir. Digər iki şəxs – Böcek və Kərimoğlu – Konyaaltıdakı evlərində saxlanılaraq İl Təhlükəsizlik Müdirliyinə aparılıb.

    Sözügedən ailə üzvləri 2022-ci ildə CHP lideri Kamal Kılıçdaroğlunun iştirak etdiyi nikah mərasimi ilə evlənmiş, daha sonra boşanmışdılar.

    CHP sədr müavini Burhanəddin Bulut məsələ ilə bağlı açıqlama verərək, bunun “siyasi qisas” olduğunu bildirib: “Xalqın iradəsinə zərbə vuran bu çirkin sistem qarşısında heç vaxt boyun əyməyəcəyik”, – deyə o bildirib.

    Qeyd edək ki, bu əməliyyatlar təkcə Antalya ilə məhdudlaşmayıb. Adana və Adıyaman Böyükşəhər bələdiyyələrinin rəhbərləri Zeydan Karalar və Abdurrahman Tutdere də saxlanılıb. Eyni əməliyyatlar çərçivəsində İstanbul, Manavgat və digər bölgələrdə 50-dən çox şəxsə qarşı hüquqi addımlar atılıb.

    CHP lideri Özgür Özelin bu gün partiyanın rəhbər heyəti ilə fövqəladə toplantı keçirəcəyi açıqlanıb. Özel həmçinin bildirib ki, cinayətə qarışdığı sübut edilən hər kəsə qarşı ən sərt tədbirlər görüləcək.

    #Türkiyə #Antalya #korrupsiya #Korrupsiya işi #korrupsiya iddiaları #istintaq prosesi #Korrupsiya ittihamları #Antalya Böyükşəhər Bələdiyyəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.