Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində noyabrın 3-də Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı keçirilib. Mərasimdə mədəniyyət naziri Adil Kərimli, səfir Rəşad Məmmədov, Antalya valisinin müavini Ayhan Yazqan, Antalyanın Kepez rayonunun bələdiyyə sədri Mesut Kocagöz iştirak ediblər.
#Antalya Böyükşəhər Bələdiyyəsi
Türkiyədə vəzifəsindən uzaqlaşdırılan Antalya Təhlükəsizlik İdarəsinin rəisi İlker Arslan həbs olunub.İstintaq çərçivəsində saxlanılan Arslan məhkəməyə çıxarılıb və məhkəmənin qərarı ilə həbsxanaya göndərilib.
Antalya Polis İdarəsinin rəisi İlker Arslan rüşvət işi ilə bağlı şəhər hakimiyyətinin qərarı əsasında saxlanılıb. Arslan özü polisə təslim olub. Onun yerinə isə idarə rəisinin müavini Murat Baz təyin edilib. İlker Arslanın adı bu ilin iyul ayında həbs edilən Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcekə qarşı açılmış rüşvət işi üzrə istintaq materiallarında hallanıb. Bəzi iş adamlarının ifadələrinə görə, o, bələdiyyənin keçirdiyi tenderlərdə korrupsiya sxemlərində iştirak edib. Antalya Baş Prokurorluğu Arslanın “rüşvətdə vasitəçilik, ağırlaşdırılmış dələduzluq və qanunsuz əmlak əldəetmə” maddələri ilə saxlanılması barədə order verib.
Türkiyənin Antalya şəhərində aparılan istintaq çərçivəsində bələdiyyə ilə bağlı rüşvət iddialarına görə keçirilən əməliyyatda 17 şübhəli nəzarətə götürülüb. Qeyd edək ki, əməliyyat yerli polis və prokurorluğun koordinasiyalı fəaliyyəti nəticəsində həyata keçirilib. Saxlanılan şəxslərin ifadələri əsasında istintaq davam etdirilir.
Antalya Böyükşəhər Bələdiyyə Başçısı korrupsiya əməliyyatı çərçivəsində nəzarətə alınıb