#istintaq prosesi

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Bayrampaşa Bələdiyyəsinə qarşı “vəzifədən sui-istifadə”, “rüşvət”, “dələduzluq” və “tenderlərə müdaxilə” ittihamları ilə istintaq başladılıb. AzerVoice-un məlumatına görə, istintaq çərçivəsində aparılan əməliyyat zamanı bələdiyyəyə və şübhəlilərə məxsus ünvanlar da daxil olmaqla ümumilikdə 72 yerdə eyni vaxtda axtarış keçirilib. Bayrampaşa Bələdiyyəsinin sədri Hasan Mutlu, beş bələdiyyə sədrinin müavini, beş bələdiyyə məclisinin üzvü ilə birlikdə barələrində həbs qərarı çıxarılan 48 nəfərdən 45-i saxlanılıb.

Məhəmməd peyğəmbər və Musa peyğəmbərin karikaturasının Leman jurnalında dərc olunmasına dair aparılan istintaq çərçivəsində jurnalı idarə edənlərin də daxil olduğu 6 şübhəli barəsində ittiham aktı hazırlanıb. İstanbul Baş Prokurorluğu tərəfindən iyunun 26-da Leman jurnalında dərc olunmuş karikatura ilə bağlı başlanmış istintaq başa çatıb. Hazırlanan ittiham aktında məsul redaktorlar Zafer Aknar və Aslan Özdemir, müəssisə müdiri Ali Yavuz, qrafik dizayner Cebrail Okçu, həmçinin barəsində axtarış qərarı çıxarılan baş redaktor Mehmet Tuncay Akgün mətbuat və yayım yolu ilə xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etməkdə ittiham olunurlar. Prokurorluq onların hər biri üçün 1 il 6 aydan 4 il 6 aya qədər həbs cəzası tələb edib.

Norveç şahzadəsi Mette-Maritin 28 yaşlı oğlu Marius Borq Hoibi zorlama, məişət zorakılığı və cinsi istismar da daxil olmaqla 32 ittihamla məhkəmə qarşısına çıxacaq. Təqsirli bilinərsə, ona 10 ilə qədər həbs cəzası verilə bilər. Məlumata görə, Hoibinin məhkəməsi 2026-cı ildə başlayacaq. O, 2024-cü ilin noyabrında başladılan istintaq çərçivəsində bir həftəlik həbs olunub. Prokurorlar dörd ayrı istismar hadisəsi və bəzi sui-istifadələrin telefona qeydə alındığını açıqlayıb.

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. DİN Mətbuat Xidmətindən AzerVoice-ə bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılan 13 nəfərdən 6-sı həbs edilib, 7 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq, vəzifəsindən uzaqlaşdırılmış İBB sədri Əkrəm İmamoğlunun da adının hallandığı, “cinayət təşkilatına rəhbərlik”, “cinayət təşkilatına üzvlük”, “vəzifədən sui-istifadə”, “rüşvət alma”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tender prosesinə müdaxilə” ittihamlarını əhatə edir.

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində qanunsuz mənfəət əldə etməkdə ittiham olunan 13 nəfərdən 8-i barələrində həbs tələbi ilə, 5-i isə məhkəmə nəzarəti şərti ilə prokurorluqdan məhkəməyə göndərilib. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq, vəzifəsindən kənarlaşdırılan İBB sədri Əkrəm İmamoğlu da daxil olmaqla, “cinayət təşkilatına rəhbərlik”, “cinayət təşkilatına üzvlük”, “vəzifədən sui-istifadə”, “rüşvət alma”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tender prosesinə müdaxilə” ittihamlarını əhatə edir.