Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    İdeologiyadan danışmaq vaxtı deyil - Suriya prezidenti ilk dəfə yəhudi qəzetinə müsahibə verib

    2 İyun 2025 09:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İdeologiyadan danışmaq vaxtı deyil - Suriya prezidenti  ilk dəfə yəhudi qəzetinə müsahibə verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi — Suriyanın yeni prezidenti Əhməd Əl-Şəraa daxili və xarici siyasətə dair mövqeyini və məsuliyyətlərini şərh edərkən, devrilmiş prezident Bəşşər Əsədin hakimiyyəti dövründə mövcud olan bütün tabu və sərhədləri pozaraq açıq danışdı.

    O, “əvvəllər qadağan olunmuş” mövzuları açıq şəkildə müzakirəyə çıxararaq, uzun illər ərzində yalnız ikili və şüarvari formada səsləndirilən, lakin arxa planda fərqli cərəyan edən məsələlərə, o cümlədən İsraillə münasibətlərə və işğal olunmuş Suriya torpaqlarına toxundu. İdeoloji şüarlardan çox praktik həll yollarına üstünlük verən Şəraanın ABŞ-ın “Jewish Journal” qəzetinə verdiyi müsahibəsi onun hakimiyyətə gəlməsindən cəmi 6 ay sonra ilk dəfə yəhudi mətbuatına danışması baxımından da diqqət çəkdi.

    Əsəd rejiminin mirası

    28 may tarixində dərc olunan müsahibəni jurnalist Conatan Bas belə təqdim edir: “Çoxlu suriyalılar Əhməd Şəraanı inqilabçı yox, müharibədən və parçalanmış kimlikdən əziyyət çəkən ölkəni yenidən qura biləcək bir lider kimi görür. Dəməşq dünyanın ən qədim yaşayış şəhəridir, divarlarının hər küncündə tarix pıçıldayır. Bu, yalnız hakimiyyət deyil, həm də yenidənqurma, barış və uzun müddət sarsılmış millətin yükü haqqında söhbət üçün münasib bir yerdir”.

    Bas prezident haqqında təəssüratını belə ifadə edir: “O, sakit təbiətlidir, amma dediyi hər söz ölçülüb-biçilmişdir. Səsində zəfər tınısı yoxdur, dediklərini həqiqətən nəzərdə tutur”.

    Əl-Şəraa deyir: “Biz yalnız xarabalıqları deyil, həm də travmanı, inamsızlığı və yorğunluğu miras almışıq. Amma ümid də var. Hə, kövrəkdir, amma gerçəkdir”.

    Onilliklər ərzində Suriya itaət və səssizlik, birlikdəyaşama və nifrət, sabitlik və repressiya arasında balans saxlayan bir rejim tərəfindən idarə olunurdu. Əsəd ailəsi – əvvəl Hafiz, sonra Bəşşər – dəmir yumruqla hökmranlıq etdi, qorxu və edamlarla hakimiyyətini möhkəmləndirdi, ölkənin institutlarını zəiflətdi və müxalifəti qanlı üsyana çevirdi.

    Bas yazır ki, Əl-Şəraa bu irsi çox aydın görür. O deyib: “Keçmiş hələ də hər kəsin gözündə, hər küçədə, hər ailədə mövcuddur. İndi bizim borcumuz onu təkrar etməməkdir. Yumşaldılmış versiyası ilə də yox. Tamamilə yeni bir şey yaratmalıyıq”.

    Suriyalıların inamı

    Əl-Şəraa Suriya kütləvi məzarlıqlarının sirrini açmaq üçün ABŞ ilə əməkdaşlığa ehtiyac olduğunu etiraf edib. O deyib: “DNT bazalarının yaradılmasından tutmuş, keçmişdəki cinayətlərə görə məsul şəxslərin əməkdaşlığına qədər hüquq-tibb texnikası və avadanlıqlarının təmininə ehtiyacımız var”.

    Əl-Şəraa əlavə edib: “Əgər yalnız mən danışıram, deməli, Suriya heç nə öyrənməyib. Biz bütün səsləri – dünyəvi, dini, qəbilə, akademik, kənd və şəhər – dialoq masasına dəvət edirik. Dövlət indi başqalarına diktə etməkdən çox dinləməlidir”.

    Suriyalıların ehtiyacları

    Müharibənin boşaltdığı şəhərlərdə və hələ də münaqişənin təsirini hiss edən kəndlərdə siyasət deyil, normal həyata dönüş, evlərin bərpası, uşaqların böyüdülməsi və dinc şəkildə dolanışıq əldə etmək arzusu üstünlük təşkil edir.

    Əl-Şəraa bunu yaxşı bilir. O, kənd təsərrüfatı, sənaye, tikinti və ictimai xidmətlərdə iş yerlərinin yaradılmasına yönəlmiş fövqəladə iqtisadi proqramların icrasını sürətləndirir. O deyib: “İdeologiyadan danışmaq vaxtı deyil. İnsanlara qalmaq üçün səbəb, yaşamaq üçün səbəb, inanmaq üçün səbəb verməliyik.Hər bir gəncin işi olarsa, radikallaşma riski azalacaq. Hər bir məktəbli uşaq gələcəyin səsidir”.

    Əl-Şəraa region investoru ilə tərəfdaşlıqların, geri dönənlər üçün kiçik biznes qrantlarının və yalnız müharibə görmüş gənclər üçün peşə təliminin vacibliyini vurğulayıb. O deyib: “Suriyanın sabitliyi nitqlərlə və şüarlarla qurulmayacaq, əməllərlə qurulacaq: bazarlarda, sinif otaqlarında, fermalarda və emalatxanalarda. Biz təchizat zəncirlərini bərpa edəcəyik. Suriya yenidən ticarət və mübadilə mərkəzinə çevriləcək”.

    İsraillə münasibətlər

    Əl-Şəraanın bu iqtisadi baxışının arxasında daha dərin bir yanaşma dayanır. Bir nəsil itirdikdən sonra suriyalılar müharibədən beziblər. Onlar yalnız müharibəsizlik deyil, həm də fürsətlər istəyirlər. Bas yazır ki, söhbətin ən həssas hissəsində Əl-Şəraa Suriyanın gələcəkdə İsraillə münasibətlərini şərh edib. Bu mövzu 1948-ci ildən bölgədə hərbi reydlər, gizli əməliyyatlar və vasitəçi müharibələr kimi münaqişələrə səbəb olub.

    Əl-Şəraa deyib: “Bir məsələni aydın demək istəyirəm. Qarşılıqlı bombardman dövrü bitməlidir. Qorxu içində yaşayan heç bir dövlət inkişaf etmir. Reallıq budur ki, bizim ortaq düşmənlərimiz var. Biz regional təhlükəsizlikdə əsas rol oynaya bilərik”.

    O, 1974-cü ilin atəşkəs sazişi olan Dova razılaşmasına qayıtmaq istədiyini bildirib. Bu razılaşmanın təkcə atəşkəs yox, qarşılıqlı təmkin və mülki vətəndaşların, xüsusilə də Cənub Suriyadakı və Colan yüksəkliklərindəki druzların qorunması üçün baza ola biləcəyini deyib. “Suriya druzları alət deyil. Onlar Suriyanın köklü, tarixən sadiq vətəndaşlarıdır, qanunla qorunmağa layiqdirlər. Onların təhlükəsizliyi müzakirə edilə bilməz”, – deyə vurğulayıb.

    O, dərhal normallaşmanı təklif etməsə də, beynəlxalq hüquq və suverenlik əsasında gələcək danışıqlara açıq olduğunu bildirib.

    Tramp – sülh adamı

    Əl-Şəraanın n çox diqqət çəkən təklifi isə cəsarətli diplomatik təşəbbüs olub: ABŞ prezidenti Donald Tramp ilə birbaşa görüşmək istəyi.
    “Mətbuat onu necə təqdim edirsə etsin, mən onu sülh adamı kimi görürəm. Biz ikimiz də eyni düşmənin hücumuna məruz qaldıq. Tramp gücün, nüfuzun və nəticələrin nə demək olduğunu yaxşı başa düşür. Suriyanın regionda dialoqu yenidən başlatmaq üçün qərəzsiz vasitəçiyə ehtiyacı var. Əgər regionda sabitlik və ABŞ ilə müttəfiqləri üçün təhlükəsizlik naminə bir uzlaşma əldə etmək mümkündürsə, mən bu dialoqa hazıram. O, bu bölgəni bərpa edə biləcək yeganə insandır və bizi addım-addım birləşdirə bilər”.-deyə o bildirib.

    #Suriya #Əhməd Şəraa #Suriya hökuməti #Suriya hava məkanı #Əhməd Şəraa hakimiyyəti və sələfi keçmişi #Əhməd əş-Şəraa siyasəti #Əhməd əl-Şərrə ilə görüş #Əhməd əş-Şəraa kimdir #Əhməd Şəraa və Netanyahu görüşü #Əhməd əş-Şəraa #Tramp və Əhməd əş Şəraa görüşü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    16 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

    20 İyul 2026 18:12

    ABŞ-nin İranın təzyiq imkanlarını məhdudlaşdırmasında Suriyanın rolu nədən ibarətdir?

    20 İyul 2026 09:00

    CENTCOM İranın ABŞ hərbçiləri ilə bağlı iddiasını rədd edib

    17 İyul 2026 20:44

    Suriya İranın əl-Tənf bazasına zərbə endirməsi barədə xəbərləri təkzib edib

    17 İyul 2026 18:16

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    16 İyul 2026 20:27

    Suriya ilə razılaşma mümkündür, lakin Livanda vəziyyət tamamilə fərqlidir - Rufiz Hafizoğlu

    16 İyul 2026 14:46

    ABŞ İraq–Suriya neft kəməri layihəsinə dəstək verir

    11 İyul 2026 22:04

    BƏƏ Suriyada terror əməliyyatlarını dəstəklədi və ABŞ-ın sanksiyalarla bağlı qərarını alqışladı

    10 İyul 2026 12:58

    Fransa Hörmüzə alternativ neft yolu kimi Suriyanı araşdırır

    9 İyul 2026 20:52

    ABŞ-dan tarixi addım: 1979-cu ildən bəri qara siyahıda olan Suriya terror siyahısından çıxarılır

    9 İyul 2026 15:48

    Donald Tramp Suriyaya dair yeni mesaj verdi

    8 İyul 2026 21:45

    Dəməşqdə Makronun qaldığı otelin yaxınlığında iki partlayış baş verib (Yenilənib)

    7 İyul 2026 11:52
    XƏBƏR LENTİ

    Almaniyanın Azərbaycana yeni təyin olunan səfiri fəaliyyətə başlayıb

    Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin geniş tərkibdə görüşü olub

    Azərbaycan və Almaniya arasında birgə bəyannamə imzalanacaq

    İngilis şirkətləri Türkiyəyə 842 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilib

    Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

    İraq şirkətləri Türkiyəyə 234 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Fələstin şirkətləri Türkiyəyə 140 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

    Çin necə müharibə aparır? Qədim strateji düşüncədən müasir hərbi doktrinaya gedən yol

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.