#Əhməd Şəraa hakimiyyəti və sələfi keçmişi

İnqilabdan əvvəlki Suriyada müxalifətin böyük əksəriyyətinin Bəşər Əsəd və ondan əvvəl Hafiz Əsədlə ixtilafı təkcə məzhəb mənsubiyyətinə söykənmirdi. Baxmayaraq ki, məzhəb amili bir çox hadisələrdə mühüm faktor kimi önə çıxsa da, bu, yeganə və əsas amil deyildi. İxtilaf ilk növbədə siyasi xarakter daşıyırdı: idarəetmə forması, korrupsiya, azadlıqların boğulması və Suriya dövlətinin bir ailənin maraqlarına, habelə Suriyanı dövlətdən "meydana" çevirən xarici oxların ittifaqına girov edilməsi əsas səbəblər idi.

Suriya Prezidenti Əhməd Əş-Şəraa bu həftə keçiriləcək Davos Dünya İqtisadi Forumu illik toplantısında iştirak planlarını ləğv edib, forumun yüksək səviyyəli nümayəndəsi bunu təsdiqləyib. Onun iştirakı Suriyalı dövlət başçısının forumda ilk dəfə iştirak etməsi olacaqdı. İştirakçılar bu qərardan məyus olduqlarını bildiriblər, çünki Əş-Şəraa Suriya iqtisadiyyatında aparılan islahatlar və investisiya imkanları barədə danışa bilərdi. Lakin ölkədəki mövcud problemlər, o cümlədən Hələb, Rəqqa və Həsəkə bölgələrində Suriya Demokratik Qüvvələrinə qarşı hərbi əməliyyatların intensivləşməsi bu qərara təsir göstərmiş ola bilər.

Suriya Prezidenti Əhməd əş-Şara gələn həftənin çərşənbə akşamı rəsmi danışıqlar aparmaq üçün Berlinə yollanacaq. Almaniya Prezidentinin Ofisi suriyalı liderin həmkarı Frank-Valter Ştaynmaer ilə görüşəcəyini təsdiqləyib. Almaniya hökuməti bu səfər çərçivəsində suriyalı qaçqınların geri qaytarılması prosesini sürətləndirməyi planlaşdırır. Kansler Fridrix Mersin rəhbərlik etdiyi koalisiya hökuməti üçün bu məsələ hazırda əsas prioritetlərdən biri hesab olunur. Qeyd edək ki, Almaniyada təxminən bir milyona yaxın suriyalı qaçqın yaşayır və kansler Mers artıq mühacirlərin sığınacaq axtarması üçün heç bir səbəbin qalmadığını bəyan edib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMTTŞ) heyəti 14 ildən sonra ilk dəfə olaraq Suriyaya rəsmi səfər edib. Suriya Prezidenti Əhməd Əş-Şəraa, Təhlükəsizlik Şurasının üzvləri olan Çin, ABŞ, Rusiya, Böyük Britaniya və Fransanın da daxil olduğu 15 ölkənin nümayəndələrindən ibarət heyəti paytaxt Dəməşqdəki Xalq Sarayında qəbul edib. Təhlükəsizlik Şurasının heyəti 14 ildən sonra ilk dəfə kollektiv şəkildə Suriyaya səfər edərkən, Prezident Şəraaya səfər zamanı Xarici İşlər naziri Əsəd Həsən Şeybani və bəzi kabinet üzvləri də müşayiət edib.

Suriya Prezidenti Əhməd əş-Şəraa Hələbin Bəşşar Әsəd rejimindən azad edilməsinin birinci ildönümü münasibətilə şəhərdə keçirilən tədbirlərdə iştirak edib. Hələb 2011-ci ildə rejimə qarşı ayağa qalxan ilk Suriya şəhəri olmuşdu və ardınca digər bölgələr də etirazlara qoşulmuşdu. Bir il əvvəl — 29 noyabrda — Şəraa rəhbərliyindəki ittifaq qüvvələri Hələbi nəzarətə götürərək Suriyanın ikinci böyük şəhərində tam hakimiyyət qurmuşdu.

Suriyanın Prezidenti Əhməd Əş-Şəraa, Səudiyyə Ərəbistanının region üçün “böyük əhəmiyyətə” malik olduğunu bildirərək, Krallığı “Suriyanın dünyaya açılan açarı” adlandırıb. Əş-Şəraa bu fikirləri 29 oktyabr 2025-ci ildə Ər-Riyadda keçirilən 9-cu “Future Investment Initiative” (FII9) forumunun plenar iclasında səsləndirib. Tədbirdə Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Şahzadə Məhəmməd bin Salman da iştirak edib.

Suriya Prezidenti Əhməd Şara, SDQ adı altında fəaliyyət göstərən terrorçu PKK/YPG ilə 10 Mart Razılaşmasının icrası ilə bağlı danışıqların davam etdiyini bildirib. Şara qeyd edib ki, təşkilat tətbiqə hazır olduqlarını desə də, bəzi texniki detalları tələb edir və sahədəki davranışları ilə rəsmi mövqeləri arasında uyğunsuzluq var. Prezident Şəraa bu açıqlamaları Şamda, Muhacirin Sarayında İdlibdən olan siyasətçilər, alimlər və ictimai şəxslərlə keçirdiyi görüşdə verib. O bildirib ki, “SDQ tətbiqə hazır olduqlarını söyləyir, lakin mediada və danışıqlarda ifadə edilən mövqe ilə ərazidəki davranışları arasında ziddiyyət var.” - deyə Şəraa qeyd edib.