Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Həşd əş-Şaabi: Hüquqi status, daxili bölünmələr və xarici təsirlər

    1 Aprel 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Həşd əş-Şaabi: Hüquqi status, daxili bölünmələr və xarici təsirlər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    ABŞ-ın "Həşd əş-Şaabi"nin (Xalq Səfərbərliyi Qüvvələri /XSQ) buraxılması ilə bağlı təzyiqləri hər gün artmaqdadır. İraq rəsmiləri dəfələrlə XSQ -dən narahat olduqlarının desələr də bu radikal qurumun ləğvi üçün hər hansı bir addım ata bilməyib.

    Bütün bu məsələlər fonunda, XSQ bu günlərdə İraqda siyasi mübahisə və dialoqların ən çox müzakirə olunan mövzusu olaraq qalır və görünür, yaxın gələcəkdə də gündəmdən düşməyəcək.


    Digər bir tərəfdən XSQ mövzusu təkcə daxili siyasi müzakirələrin deyil, həm də ABŞ ilə İran arasında danışıqların bərpası üçün irəli sürülən şərtlərdən birinə çevrilib. İranın Bağdaddakı səfiri Məhəmməd Al Sadiq bildirib ki, ABŞ administrasiyasının İrandan tələbləri arasında “Həşdin ləğvi və ya onun başqa qüvvələrə birləşdirilməsi” də yer alır. O, bu tələbləri “nə İraq, nə də İran üçün qəbulolunan deyil” kimi qiymətləndirib və “Həşd qanuni bir qurumdur və (İŞİD) ilə mübarizədə mühüm rol oynayıb.” - deyib.

    Lakin İran səfiri bu məsələdə ziddiyyətli fikirlər səsləndirib: bir tərəfdən İranın “ XSQ-nin ləğvini qəbul etməyəcəyini deyib, digər tərəfdən isə bildirib ki, “Həşd qanuni İraq hərbi qurumudur və onunla bağlı qərarı yalnız İraq verə bilər. İranın bu məsələyə nə aidiyyəti var ki, amerikalılar bu barədə onunla danışırlar?”

    Buna baxmayaraq, baş nazir Məhəmməd Şiə əs-Sudani sonuncu televiziya çıxışında ABŞ-ın “Həşdin ləğvi ilə bağlı hər hansı müdaxiləsini təkzib edərək, “belə bir şeyin mövcud olmadığını və buna icazə verilməyəcəyini” bildirib. Lakin baş nazirin Həşd ilə bağlı Amerika tələblərini inkar etməsi, amerikalı rəsmilərin İraqla İran arasında təhlükəsizlik məsələsindəki qarşılıqlı təsirə dair narahatlıqlarını ifadə edən bəyanatlarının mövcudluğunu istisna etmir.
    Məhz bu məsələyə ABŞ Dövlət Departamentinin sözçüsü Tami Brus 24 mart tarixli mətbuat konfransında toxunaraq, İraq hökumətini “İraq sərhədləri daxilində bütün təhlükəsizlik qurumlarına, o cümlədən Həşd üzərində nəzarəti təmin etməyə” çağırıb və əlavə edib ki, bu qüvvə İranın deyil, baş komandanın əmrlərinə tabe olmalıdır.

    Burada maraqlı olan məqam ondan ibarətdir ki, siyasi göstəricilər Həşd məsələsinə xarici baxışın mürəkkəbliyindən xəbər verir və bu mövzu, ABŞ-ın İraq və İranla olan qarşılıqlı əlaqələrinə dair baxışını, eləcə də Tehranla Vaşinqton arasında böhranın mürəkkəbliyini formalaşdıran əsas dosyelərdən biri ola bilər.
    Bunun əksinə olaraq, şiə siyasi liderləri “Əlaqələndirmə Çərçivəsi” daxilində Həşd üzərində nəzarəti kim əldə edəcək” mövzusunda çəkişmələrlə məşğuldur.

    Digər tərəfdən, siyasi liderlərin açıqlamaları arasında da ziddiyyətlər müşahidə olunur. Belə ki, bəzi bəyanatlarda “Həşdin İŞİD-lə döyüşlərin sona çatmasından sonra əsas vəzifəsinin “siyasi sistemi və demokratik prosesi qorumaq” olduğu vurğulanır, həmçinin siyasi nitqlərdə bu quruma “müqəddəslik” statusu verilməyə çalışılır. Bununla yanaşı, bəzi siyasi fiqurlar Həşd daxilində “kölgə şəxslərin” olduğunu, yəni maaş alan, lakin faktiki mövcudluğu olmayan şəxslərin adlarının olduğunu dilə gətirirlər. Bu ifadəni ilk dəfə sabiq baş nazir Heydər əl-İbadi işlətmişdi. Nuri əl-Maliki də bu mövzuya qayıdaraq, Həşdinn seçki və ya məzhəbi məqsədlərlə istifadəsinə dair cəhdlər olduğunu bildirib. Hər zaman olduğu kimi, bu siyasi fiqurlar Həşdi istismar etmək istəyənlərin kimliyini açıqlamırlar, sanki bu şəxslər heç bir siyasi kimliyə malik olmayan yadplanetlilərdir!

    Bəzi şəxslər isə rəsmi vəzifə daşıdıqları halda Həşd daxilində fəaliyyət göstərirlər və bahalı maşın karvanları və mühafizə dəstələri ilə özlərini nümayiş etdirirlər. Məsələn, Mosulda Həşd əməliyyatlarının müavin rəhbəri Usamə əl-Kildani lüks avtomobillərlə (ümumi dəyəri 6 milyon dolları keçən) videolarda görünmüş, bu da Baş nazirin onu vəzifədən azad etməsinə və məsələsini Korrupsiya Komissiyasına yönləndirməsinə səbəb olmuşdur.

    Digər bir ziddiyyət də Həşdin müdafiəçiləri arasında müşahidə olunur. Onlar bu qurumu şiə hakimiyyət təcrübəsinin daxildən və xaricdən gələn təhdidlərə qarşı qoruyucu layihə kimi təqdim etsələr də, eyni zamanda onu dövlət qurumları üzərində siyasi nəzarət uğrunda gedən çəkişmələrə cəlb etməyə çalışırlar. Bu səbəbdən diqqət Həşdin rəhbəri kim olacaq, yüksək vəzifələr necə bölüşdürüləcək və qurumun seçkilərdə necə istifadə ediləcəyinə yönəlib. Beləliklə, dövləti və onun təcrübəsini qorumaq üçün yaradılmış bir qurumun simvolik dəyəri, fərdi mübarizə predmeti halına gətirilərək bu və ya digər “lider”in maraqlarına xidmət etdirilir. Belə şəraitdə bu qurumun hansı simvolik dəyəri qala bilər ki?

    Həşdin xidmət və təqaüd qanunu ilə bağlı mübahisələrin artmasından sonra, əsas fikir ayrılığı qurumun rəhbəri Falih əl-Fəyazın qanuni yaşı ilə bağlı olduğuna görə, hökumət 11 mart 2025-ci ildə qanun layihəsini parlamentdən geri çəkərək dəyişdirmək qərarı aldı.

    Siyasi qüvvələr qanunun iki versiyasını birləşdirərək yeni bir layihə kimi parlamentə təqdim etməyə, Fəyazın təqaüd yaşı ilə bağlı məsələnin isə müvəqqəti təxirə salınmasına razılaşıblar. Layihəyə görə, “Rəhbər (başçı) qurumun fəaliyyətinə nəzarət edən, onu idarə edən, vəzifələrini yerinə yetirən, nazir statusunda olan və qanuna əsasən təyin olunan şəxsdir.” Əgər bu layihə təsdiqlənərsə, Falih əl-Fəyaz cari hökumət dövründə vəzifəsində qalacaq.

    Qanunun əsas ideyası Həşd üzvləri və şəhid ailələrinin maliyyə təminatını və təqaüd hüquqlarını tənzimləməkdir.
    Lakin parlamentdə ilk oxunuşu keçirilmiş yeni layihə əsas diqqəti mövcud “Həşd” strukturuna hüquqi legitimlik qazandırmağa yönəldir. Belə ki, 2016-cı ildə qəbul edilmiş 40 saylı “Həşd əş-Şaabi Komitəsi” qanunu cəmi üç maddədən ibarət idi və şəxsi heyətə dair işə qəbul və ya idarəetmə strukturu haqqında ətraflı məlumat vermirdi.

    2019-2023-cü illər arasında Həşdin şəxsi heyətinin sayı 95 faiz artıb. Əgər 2019-cu il büdcə sənədlərində 122 min nəfər qeyd olunurdusa, bu rəqəm 2023-cü ildə 238 minə çatıb. Həmçinin 2019-cu ildə quruma ayrılan 2.5 trilyon İraq dinarı (təxminən 1.7 milyard dollar) 2023-cü ildə 3.7 trilyon dinara (2.8 milyard dollar), 2024-cü ildə isə 3.4 milyard dollara yüksəlib. Bu artım həm maliyyə resurslarına, həm də şəxsi heyətə nəzarət üstündə gedən çəkişmənin əsas səbəbidir. Xüsusilə, Həşd üzvlərinin seçkilərdə səslərini əldə etmək uğrunda mübarizə artıq gizli deyil.

    “Əlaqələndirmə Çərçivəsi” daxilində bəzi tərəflər Falih əl-Fəyazın növbəti seçkilərə qədər vəzifədə qalmasına razıdır. Bu fikir hökumətə və seçkilərdə Fəyazla ittifaq qurmaq istəyənlərə aiddir.

    #İraq #İraq Müqavimətinin Koordinasiyası #Şiə hakimiyyəti #İran-İraq əlaqələri #Şiə islamçılar #İŞİD və şiə qrupları #Silahlı şiə qrupları #Şiə siyasi partiyaları #İraqın təhlükəsizlik problemi #İraqın beynəlxalq münasibətləri #Həşd əş-Şaabi nədir #Xalq Səfərbərliyi Qüvvələri İraqda #Həşdin buraxılması ilə bağlı ABŞ təzyiqləri #Falih əl-Fəyaz təqaüd yaşı #Həşd əş-Şaabi qanunu 2025 #İraqda şiə siyasi mübarizəsi #ABŞ İran danışıqları və Həşd məsələsi #Məhəmməd Şiə əs-Sudani Həşd mövqeyi #Tami Brus Həşd açıqlaması #Həşd əş-Şaabi və korrupsiya ittihamları #Usamə əl-Kildani lüks maşın qalmaqalı #İraqda Həşd üzvlərinin sayı və maliyyələşməsi #Həşd əş-Şaabi seçkilərdə rol oynayırmı #İraqda Həşdin hüquqi statusu #Həşd əş-Şaabi ilə bağlı qanunvericilik dəyişiklikləri #Həşd əş-Şaabi İraqda nə rol oynayır? #ABŞ niyə Həşd əş-Şaabinin ləğvini istəyir? #İran Həşd haqqında nə deyir? #Falih əl-Fəyaz vəzifədə qalacaqmı? #Həşd əş-Şaabi qanunu nəyi dəyişəcək? #İraqda Həşd üzvlərinin sayı nə qədərdir? #Həşd əş-Şaabi seçkilərə necə təsir edir? #Həşdin rəhbəri kim olacaq? #ABŞ-İran müzakirələrində Həşdin rolu nədir? #İraq parlamenti Həşd haqqında hansı qanunu qəbul edib?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    29 Avqust 2026 18:52

    İraq Kürdüstanında pilotsuz uçuş aparatı hücumlarından sonra neft hasilatı bərpa olunub

    29 Avqust 2026 18:13

    İraq Bağdadda pilotsuz uçuş aparatlarının hazırlanması cəhdinin qarşısını alıb

    28 Avqust 2026 21:05

    Əhməd Əş-Şəraa Məzlum Abdini prezidentin müşaviri təyin edib

    28 Avqust 2026 07:36

    İraqda yarımçıq qalan layihələrə 20 trilyon dinar ayrılır

    26 Avqust 2026 16:47

    Ərəb coğrafiyasında tarixin izləri - 25 avqustun 20 mühüm hadisəsi

    25 Avqust 2026 14:53

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10

    İran sərt sanksiyaların öhdəsindən gəlmək üçün plan hazırlamalıdır - Qalibaf

    21 Avqust 2026 18:08

    Qəddar sanksiyalara qarşı plan hazırlamalıyıq - Qalibaf

    21 Avqust 2026 15:22

    İranla İraqı ayırmaq cəhdləri bizi daha da yaxınlaşdırıb - Qalibaf

    20 Avqust 2026 22:19

    İraqın baş naziri Qalibafla görüşdə İranın dəstəyini yüksək qiymətləndirib

    19 Avqust 2026 20:28

    ABŞ bölgədən “şərəfli çıxış” yolu axtarır - Qalibaf

    19 Avqust 2026 18:26
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.